Vegas Travel Vegas Travel
  • 325

Vegas Travel

Turizm

SMM Menecer

  • Истекает 14 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Turizm sahəsində fəaliyyət göstərən Vegas Travel komandasına enerjili, kreativ və öyrənməyə açıq SMM Menecer axtarırıq.

Əgər sosial medianı sevirsənsə, trendləri izləyirsənsə, kontent yaratmağa marağın varsa və bu sahədə inkişaf etmək istəyirsənsə, komandamıza qoşula bilərsən.

İş barədə məlumat:

  • İş yeri: Ofisdən
  • İş rejimi: 5 iş günü
  • Maaş: 500–800 AZN + bonus sistemi

Əsas vəzifələr:

  • Instagram, Facebook və TikTok üçün post, story və reels kontentlərinin hazırlanması
  • Canva, CapCut və oxşar proqramlarla sadə dizayn və video montaj işlərinin görülməsi
  • Paylaşımlar üçün maraqlı və satış yönümlü mətnlərin yazılması
  • Şirkətin tur paketləri və kampaniyaları üçün kreativ ideyaların hazırlanması
  • Ofisdə və lazım olduqda turizm məhsulları ilə bağlı çəkilişlərin edilməsi
  • Sosial media trendlərinin izlənilməsi və kontentlərdə tətbiq edilməsi

Namizəddən gözləntilərimiz:

  • Azərbaycan dilində səlis yazı bacarığı
  • Kreativ düşüncə və vizual zövq
  • Sosial media trendlərinə maraq
  • Canva və CapCut üzrə ilkin biliklər
  • Məsuliyyətli və aktiv yanaşma
  • Turizm sahəsinə maraq
  • Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq

Kimlər üçün uyğundur?

  • Bu vakansiya SMM sahəsində az da olsa təcrübəsi olan, amma enerjisi yüksək, ideyaları olan və özünü inkişaf etdirmək istəyən namizədlər üçün uyğundur.
  • Biz pozitiv, dinamik və inkişaf yönümlü komanda mühiti təklif edirik. Turizm sahəsində maraqlı kontentlər hazırlamaq, real kampaniyalar üzərində işləmək və SMM bacarıqlarını praktiki şəkildə inkişaf etdirmək imkanı olacaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində qeyd edin: SMM Menecer

  • Daily0
  • Weekly635
  • Monthly2020