Vəliev MMC Vəliev MMC
  • 838

Vəliev MMC

Tikinti , Bina tikintisi

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 13 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri: 

  • Satınalmalarla bağlı elektron qaimə-fakturaların və YGB bəyannamalərinin yoxlanılması və ERP-yə daxil edilməsi;
  • Təchizatçılara ödənişlərin təmin edilməsi, icrasına nəzarət edilməsi və müvafiq ƏDV ödənişlərinin həyata keçirilməsi;
  • Xərclərin və kreditor borcların uçotunun və sənədləşdirilməsinin həyata keçirilməsi, müxabirləşmələrinin ERP-də verilməsi və yoxlanılması;
  • Xərclərin xərc mərkəzləri üzrə doğru qeydiyyatının təmin edilməsi;
  • Kreditorlarla üzləşmələrin həyata keçirilməsi və üzləşmə aktlarının hazırlanması;
  • ÖMV hesabatının və Vahid Bəyannamənin hazırlanması və təqdim edilməsi;
  • Dövlət Statistika Komitəsinə aylıq, rüblük və illik statistik hesabatların hazırlanması və təqdim edilməsi;
  • Vergi uçotunun həyata keçirilməsi və Vergi sistemi ilə işləmə bacarığının olması;
  • Əmək haqqı hesablanması və HRM proqramı ilə işləmə bacarığının olması.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
  • Müvafiq qanunvericilik, akt və normalarını bilmək;
  • Ofis proqramlarında (Word, excel, power point və s) işləmək bacarığı və LOGO bilikləri;
  • Rəhbəri tərəfindən öz sahəsinə aid verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmək. 

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri
  • İş rejimi: 6 günlük (şənbə günü növbəli formada)
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Mühasib" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily104
  • Weekly319
  • Monthly1175