Vəliev MMC Vəliev MMC
  • 858

Vəliev MMC

Tikinti , Bina tikintisi

Baş Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Mühasib

  • Deadline 19 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Maliyyə uçotunu təşkil etmək, müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının uçota alınmasını, sənədləşdirilməsini təmin etmək və onlara nəzarət etmək;
  • Maliyyə hesabatlarının periodik olaraq tərtib edilməsini təmin etmək;
  • Vergi uçotunu təşkil etmək, optimallaşdırmaq və onlara nəzarət etmək;
  • Dövlət orqanlarına aylıq, rüblük, illik hesabatların hazırlanaraq təqdim edilməsini həyata keçirmək;
  • ERP-də əməliyyat dövrünün bağlanmasını həyata keçirmək;
  • Dövriyyə-qalıq cədvəllərini hesablar üzrə təhlil etmək;
  • İstehsal prosesinin uçotunu təmin etmək;
  • Satış prosesinin uçotunu təmin etmək;
  • Debitor və kreditorların, gəlir və xərclərin dəqiq uçotunu təmin etmək;
  • Pul vəsaitlərinin hərəkətinin dəqiq uçotunu təmin etmək;
  • Əmək haqqı hesablamasını və uçotunu təmin etmək;
  • Əsas vəsaitlərin və onların amortizasiyasının uçotunu aparmaq;
  • İşçilərlərlə hesablaşmaların, təchizatçı və müştərilərlə hesablaşmaların dəqiq və  vaxtında həyata keçirilməsini təmin etmək. Hesablaşmaların qarşılıqlı üzləşdirilməsini  təşkil etmək;
  • ERP-də mal-pul axınlarının düzgün getməsini nəzarətdə saxlamaq;
  • Mühasibat uçotu ilə bağlı müəssisənin fəaliyyəti üçün digər zəruri işləri aparmaq;

Tələblər:

  • İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
  • Azərbaycan Respublikasının vergi, əmək və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək;
  • Vergi və digər dövlət portallarında sərbəst işləmək bacarığı;
  • Ofis proqramlarında (Word, excel) işləmək bacarığı və LOGO bilikləri;
  • PMS sertifikatının olması üstünlükdür;

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri
  • İş rejimi: 6 günlük (şənbə günü növbəli formada)
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Baş Mühasib" qeyd edərək Müraciət et düyməsində elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily101
  • Weekly233
  • Monthly1654