Veliev Group Veliev Group
  • 740

Baş Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Mühasib

  • Deadline 19 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

1) Maliyyə uçotunu təşkil etmək, müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının uçota alınmasını, sənədləşdirilməsini təmin etmək və onlara nəzarət etmək; 2) Maliyyə hesabatlarının periodik olaraq tərtib edilməsini təmin etmək;

3) Vergi uçotunu təşkil etmək, optimallaşdırmaq və onlara nəzarət etmək;

4) Dövlət orqanlarına aylıq, rüblük, illik hesabatların hazırlanaraq təqdim edilməsini həyata keçirmək;

5) ERP-də əməliyyat dövrünün bağlanmasını həyata keçirmək;

6) Dövriyyə-qalıq cədvəllərini hesablar üzrə təhlil etmək;

7) İstehsal prosesinin uçotunu təmin etmək;

8) Satış prosesinin uçotunu təmin etmək;

9) Debitor və kreditorların, gəlir və xərclərin dəqiq uçotunu təmin etmək;

10) Pul vəsaitlərinin hərəkətinin dəqiq uçotunu təmin etmək;

11) Əmək haqqı hesablamasını və uçotunu təmin etmək;

12) Əsas vəsaitlərin və onların amortizasiyasının uçotunu aparmaq;

13) İşçilərlərlə hesablaşmaların, təchizatçı və müştərilərlə hesablaşmaların dəqiq və  vaxtında həyata keçirilməsini təmin etmək. Hesablaşmaların qarşılıqlı üzləşdirilməsini  təşkil etmək;

14) ERP-də mal-pul axınlarının düzgün getməsini nəzarətdə saxlamaq;

15) Mühasibat uçotu ilə bağlı müəssisənin fəaliyyəti üçün digər zəruri işləri aparmaq;

 

Tələblər:

İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil;

Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;

Azərbaycan Respublikasının vergi, əmək və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək;

Vergi və digər dövlət portallarında sərbəst işləmək bacarığı;

Ofis proqramlarında (Word, excel) işləmək bacarığı və LOGO bilikləri;

PMS sertifikatının olması üstünlükdür;

 

Əmək şəraiti:

İş yeri: Sumqayıt şəhəri

İş rejimi: 6 günlük (şənbə günü növbəli formada)

Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Baş Mühasib" qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

 

 

  • Daily44
  • Weekly175
  • Monthly1599