Veliev Group Veliev Group
  • 790

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 13 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

                       Mühasib

 

Vəzifə və Öhdəlikləri: 

 

Satınalmalarla bağlı elektron qaimə-fakturaların və YGB bəyannamalərinin yoxlanılması və ERP-yə daxil edilməsi;

Təchizatçılara ödənişlərin təmin edilməsi, icrasına nəzarət edilməsi və müvafiq ƏDV ödənişlərinin həyata keçirilməsi;

Xərclərin və kreditor borcların uçotunun və sənədləşdirilməsinin həyata keçirilməsi, müxabirləşmələrinin ERP-də verilməsi və yoxlanılması;

Xərclərin xərc mərkəzləri üzrə doğru qeydiyyatının təmin edilməsi;

Kreditorlarla üzləşmələrin həyata keçirilməsi və üzləşmə aktlarının hazırlanması;

ÖMV hesabatının və Vahid Bəyannamənin hazırlanması və təqdim edilməsi;

Dövlət Statistika Komitəsinə aylıq, rüblük və illik statistik hesabatların hazırlanması və təqdim edilməsi;

Vergi uçotunun həyata keçirilməsi və Vergi sistemi ilə işləmə bacarığının olması;

Əmək haqqı hesablanması və HRM proqramı ilə işləmə bacarığının olması.

 

Tələblər:

İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil;

Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;

Müvafiq qanunvericilik, akt və normalarını bilmək;

Ofis proqramlarında (Word, excel, power point və s) işləmək bacarığı və LOGO bilikləri;

Rəhbəri tərəfindən öz sahəsinə aid verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmək. 

 

 

Əmək şəraiti:

İş yeri: Sumqayıt şəhəri

İş rejimi: 6 günlük (şənbə günü növbəli formada)

Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Mühasib" qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

 

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily95
  • Weekly310
  • Monthly1166