SƏTƏM Mühəndisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

SƏTƏM Mühəndisi

  • Истекает 16 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə təlimatı

  • Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis əməyin mühafizəsi üzrə qabaqcıl təcrübələri istehsalatda tətbiq edir;
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət edir;
  • İstehsalat qəzalarının baş vermə səbəblərini təhlil edir, qarşısını almaq üçün tədbirlər görür və onların həyata keçirilməsini təşkil edir;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak edir;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda öz səmərələşdirici təkliflərini verir və tədbirlərin görülməsində iştirak edi;
  • Yeni işçilərə giriş təlimatı keçir və əməyin mühafizəsi sahəsində qarşıya çıxan problemlərin aradan qaldırılmasında müəssisə rəhbərliyi ilə birlikdə iş aparır;
  • İşçilərə iş yerində ilkin və təkrar təlimatlar, növbədən kənar və məqsədli təlimatların aparılması və müvafiq jurnallarda qeyd olunmasını yerinə yetirir;
  • İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılmasını təşkil edir və müvafiq jurnallarda qeydiyyatların aparılması ilə protokollaşdırır;
  • Şirkətdə yanğın təhlükəsizliyi sisteminin, yanğın paneli və yanğınsöndürmə avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət edir;
  • Elektrik şəbəkələrinin və avadanlıqlarının (transformator, generator, ötürücü və s.) inspeksiyası işlərini yerinə yetirir;
  • Şirkətə təmir, yenidənqurma, bərpa işləri üçün və qonaq kimi gələn şəxslərə yazılı giriş təlimatının keçirilməsi və qeydiyyatının aparılmasını təmin edir;
  • Yeməkxanada sanitar-gigiyenik qaydalara əməl olunmasına nəzarət edir, ayda bir dəfə sanitar qaydalara əsasən inspeksiya edir;
  • Xəsarət alan işçilərə ilkin tibbi yardımın göstərilməsi, lazım gəldikdə müayinə və tibbi yardım üçün xəstəxanaya çatdırılmasını təmin edir;
  • Müəssisədə ilkin tibbi yardım qutularının düzgün istifadəsi və uyğun formada olmasına nəzarət edir, istifadə müddəti bitmiş və istifadəyə yararsız olan tibbi vasitələrin kənarlaşdırılması və əvəzlənilməsini təmin edir;
  • Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis mövcud forma və qaydalara uyğun olaraq hesabat aparır.
  • Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis aşağıdakıları etməlidir: 
  • Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların tələblərini yerinə yetirmək;
  • Səs-küyün, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının səviyyəsinin ölçülməsinin qeydiyyatını aparmaq;
  • Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etmək;
  • Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətini yoxlamaq;
  • İş yerlərində təlimatların vaxtında keçirilməsini təmin etmək;
  • İşçilərin əməyin mühafizəsi sahəsində təlimlərə cəlb edilməsi, biliklərinin yoxlanılması və attestasiyadan keçirilməsi sahəsində işləri təşkil etmək;
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılması və uçotunun aparılmasını yerinə yetirmək.

Namizəd üçün tələblər:

  • İstehsalat şəraitini nəzərə alaraq bəy namizəd tələb olunur
  • Ali təhsil;
  • Şəxsi nəqliyyat vasitəsinin olması
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi (əsasən istehsalat sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
  • Microsoft Excel, Microsoft Word kompyuter proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi olması üstünlükdür);
  • Komanda ilə işləmə bacarığı;
  • Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
  • Nizam-intizamlı, məsuliyyətli olmalı.
  • Analitik düşüncə və problem həll etmə bacarığı.

İş şərtləri: 

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur
  • İş yeri: Sumqayıt şəhəri
  • Nahar və servis xidməti müəssisə tərəfindən təşkil edilir.
  • İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü)

Namizədlərdən CV-lərini mövzu yerində "SƏTƏM mühəndisi" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly605
  • Monthly1753