Prorab (Tikinti işləri üzrə)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Prorab (Tikinti işləri üzrə)

  • Истекает 4 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vertex Industrial Company tikinti və təmir layihələrində çalışmaq üçün təcrübəli Prorab - Tikinti işləri üzrə mütəxəssis axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Tikinti və təmir işlərinin sahədə gündəlik təşkili və icrasına nəzarət;
  • İşçi və ustalar arasında iş bölgüsünün aparılması və görülən işlərin koordinasiyası;
  • İşlərin layihə, texniki çertyoj və müəyyən edilmiş iş həcminə uyğun yerinə yetirilməsinə nəzarət;
  • Beton, hörgü, suvaq, boya, döşəmə, üzlük və digər ümumi tikinti-təmir işlərinin icrasına nəzarət;
  • Tikinti materiallarına olan tələbatın müəyyən edilməsi və materialların düzgün istifadəsinə nəzarət;
  • Görülən işlərin keyfiyyətinin və müəyyən edilmiş müddətlərə uyğunluğunun yoxlanılması;
  • Sahədə yaranan texniki məsələlərin operativ həllinin təmin edilməsi;
  • Gündəlik görülən işlərin və işçi qüvvəsinin izlənilməsi;
  • Layihə rəhbərliyinə işlərin gedişatı barədə məlumat və hesabatların təqdim edilməsi;
  • Sahədə HSE və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət.

Namizədə tələblər:

  • Tikinti sahəsində Prorab və ya oxşar vəzifədə minimum 3-5 il iş təcrübəsi;
  • Ümumi tikinti, təmir və rekonstruksiya işləri üzrə praktiki bilik və təcrübə;
  • Texniki çertyojları oxuma və işləri çertyoja uyğun təşkil etmə bacarığı;
  • Tikinti materialları və iş texnologiyaları üzrə yaxşı bilik;
  • İşçi və usta heyətini idarə və koordinasiya etmək bacarığı;
  • İşlərin həcmini və keyfiyyətini yerində qiymətləndirmək bacarığı;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Sahədə yaranan problemləri çevik şəkildə həll etmək bacarığı.

Ünvan: Caspian Plaza

Əmək haqqı: 1500 AZN

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Tikinti üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.

Sadəcə vakansiya tələblərinə cavab verən namizədlərin cv-ləri dəyərləndiriləcək.

  • Daily33
  • Weekly33
  • Monthly284