Vertex Vertex
  • 1.3K

Vertex

Digər

Texniki Sahə Nəzarətçisi (Site Supervisor)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki Sahə Nəzarətçisi (Site Supervisor)

  • Deadline 27 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biz tikinti və təmir layihələrində sahədə işləyən komandaya nəzarət edə bilən,elektrik, mexanika və HVAC işlərindən anlayışı olan,
işin həcmini yerində qiymətləndirən, smeta hazırlaya bilən və sahədə prosesi başdan-sona idarə edən Texniki Sahə Nəzarətçisi axtarırıq.

 Vəzifə öhdəlikləri

  • Tikinti, təmir, elektrik, mexanika və HVAC işlərinin sahədə icrasına nəzarət etmək
  • Layihə sahəsində işlərin texniki tələblərə və təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmək
  • Sahə üzrə ölçmələrin aparılması, iş həcminin müəyyən edilməsi və smeta / BOQ hazırlanması
  • Sahə işçilərinin və podratçıların gündəlik fəaliyyətinin koordinasiyası
  • Layihə planına uyğun iş qrafikinin icrasına nəzarət etmək
  • Material və avadanlıqlardan düzgün istifadəyə nəzarət etmək
  • Əməyin mühafizəsi və iş təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etmək
  • Müştəri və daxili komanda ilə texniki koordinasiyanın aparılması
  • Görülmüş işlər üzrə gündəlik və həftəlik hesabatların hazırlanması
  • Sahədə yaranan texniki problemlərin və gecikmələrin vaxtında aradan qaldırılması

Tələblər:

  • Tikinti, elektrik, mexanika və ya HVAC sahəsində ali və ya orta ixtisas təhsili
  • Sahə nəzarətçisi / Site Supervisor vəzifəsində 8–10 il iş təcrübəsi
  • Tikinti və təmir işləri üzrə praktik bilik
  • Smeta və iş həcminin hesablanması bacarığı
  • Azərbaycan dili sərbəst, İngilis dili yaxşı səviyyədə, Rus dili biliyi arzuolunandır
  • MS Office proqramları üzrə yaxşı bilik, AutoCAD üstünlükdür
  • Komanda ilə işləmək və sahə işlərini idarə etmək bacarığı
  • İş təhlükəsizliyi və əməyin mühafizəsi qaydaları haqqında bilik

Təklif edirik:

  • Əmək haqqı: 1800 AZN
  • Rəsmi əmək müqaviləsi
  • İş şəraitinə uyğun avadanlıq və texniki dəstək
  • Peşəkar inkişaf imkanları
  • Əlavə iş saatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun ödənilməsi

Vakansiyaya uyğun namizədlər CV-lərini mövzu hissəsində “Texniki Sahə Nəzarətçisi (Site Supervisor)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily92
  • Weekly596
  • Monthly1283