Əsas vəzifə öhdəlikləri:
- Şirkətin və məhsulların rəqəmsal marketinq strategiyasının hazırlanması və komanda şəklində icrası
- Rəqəmsal kanallar üzrə (Meta, Google, YouTube, TikTok, LinkedIn, və s.) kampaniyaların planlanması, icrası və optimallaşdırılması
- Rəqəmsal reklam büdcəsinin effektiv idarə olunması və ROI-nin ölçülməsi
- Brend üçün kontent strategiyasının hazırlanması və sosial media kontent planlarının koordinasiyası
- Influencer marketinq, remarketing, data-based marketing və CRM kampaniyalarının təşkili
- Sosial media platformalarında aktivliyi artırmaq və şirkətin rəqəmsal imicini gücləndirmək üçün təkliflər, yeniliklər gətirmək
- Marketinq trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təklifləri hazırlamaq, seçilən məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək
- Kampaniya nəticələrinin izlənməsi və analitik hesabatların hazırlanması
- Vebsayt platformalarının idarə edilməsi və təkmilləşdirilməsi
- Digital agency və digər tərəfdaşlarla əməkdaşlıq və işlərin koordinasiyası
- Komandada rəqəmsal marketinq üzrə biliklərin artırılması və digər şöbələrlə sıx əməkdaşlıq
- Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analiz edilərək hesabatların hazırlanması
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil
- İş təcrübəsi: sahə üzrə minimum 3 il
- Sahə üzrə texniki proqram bilikləri
İş haqqında məlumat:
- İş qrafiki: Həftənin 5 iş günü, saat 09:00-18:00
- Nahar, korporativ nömrə və digər xərclər şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: Namizədin bilik, bacarıq, iş təcrübəsinə və əmək bazarına uyğun şəkildə təyin olunacaqdır
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində “Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis” qeyd olunmalıdır.