Memar Dizayner

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Memar Dizayner

  • Deadline 13 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vesta MMC Memar Dizayner vakansiyasını elan edir.

Vesta MMC komandamıza qoşulmaq üçün istedadlı, məsuliyyətli və peşəkar inkişaf etməyə həvəsli memar-dizayner axtarır. Məqsədimiz praktiki biliklərə malik, öyrənməyə açıq və komandamızla birlikdə inkişaf etmək istəyən mütəxəssisləri cəlb etməkdir.

Vəzifə öhdəlikləri 

  • Autodesk Revit proqramında yüksək səviyyədə işləmək və layihələri Revit mühitində inkişaf etdirmək
  • Eskiz və ilkin layihədən işçi layihə mərhələsinə qədər memarlıq layihələrinin hazırlanması və inkişaf etdirilməsi
  • Memarlıq üzrə Faza 1 və Faza 2 çertyojlarının hazırlanması
  • Plan, fasad, kəsik və icra detallarının hazırlanması və koordinasiyası
  • Memarlıq üzrə Shop Drawing-lərin hazırlanması, inkişaf etdirilməsi və yoxlanılması
  • Tikintidə birbaşa istifadə oluna bilən, texniki cəhətdən düzgün və detallı işçi çertyojların hazırlanması
  • Revit-də Professional Sheets və tam layihə Documentation-ın hazırlanması
  • Dimension, Tag, Schedule, View Template, Family və digər Revit alətlərindən düzgün və effektiv istifadə etmək
  • Revit modelini səliqəli, standartlara uyğun və komanda işi üçün əlverişli şəkildə təşkil etmək
  • Plan, fasad, kəsik və detallar arasındakı əlaqəni düzgün qurmaq və layihənin bütün çertyojlarında koordinasiyanı təmin etmək
  • AutoCAD proqramında sərbəst işləmək
  • Mövcud memarlıq çertyojlarını oxumaq, analiz etmək, yoxlamaq və zəruri dəyişiklikləri həyata keçirmək
  • Tikinti materialları, konstruktiv həllər və memarlıq detallarını anlamaq və çertyojlarda düzgün tətbiq etmək
  • Layihə sənədlərinin müəyyən edilmiş standartlara və texniki tələblərə uyğun hazırlanmasını təmin etmək

Tələblər

  • Memarlıq, memarlıq mühəndisliyi, interyer memarlığı və ya memarlıq və tikinti ilə əlaqəli digər ixtisaslar üzrə ali təhsil
  • Memarlıq və layihələndirmə sahəsində praktiki iş təcrübəsi
  • Autodesk Revit proqramında peşəkar işləmə bacarığı
  • AutoCAD proqramında sərbəst işləmək bacarığı
  • Konsept, eskiz və işçi layihə mərhələləri üzrə biliklər
  • İşçi çertyojların (Working Drawings), icra detallarının və Shop Drawing-lərin hazırlanması üzrə bilik və praktiki bacarıqlar
  • Tikinti materialları, konstruktiv həllər və texniki detallar haqqında biliklər
  • 3ds Max, SketchUp, V-Ray, Corona və Photoshop proqramları üzrə biliklər üstünlükdür
  • Məsuliyyətlilik, dəqiqlik, komanda ilə işləmək və verilən tapşırıqları düzgün yerinə yetirmək bacarığı
  • Öyrənməyə, yeni biliklər qazanmağa və peşəkar inkişaf etməyə həvəsli olmaq

Namizədlərdən CV və portfoliolarını təqdim etmələri xahiş olunur.

Portfolioda 3D vizualizasiyalarla yanaşı, namizədin iştirak etdiyi layihələrə aid memarlıq planları, fasadlar, kəsiklər, işçi layihə, icra detalları, Shop Drawing və Revit sənədlərindən mövcud nümunələrin təqdim olunması arzuolunandır.

Yalnız 3D renderlər deyil, texniki iş nümunələrinin də təqdim edilməsi namizədin bacarıqlarının qiymətləndirilməsində əhəmiyyətlidir.

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Memar Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily77
  • Weekly338
  • Monthly917