"Veysəloğlu" MMC "Analitika və Hesabatvermə üzrə Mütəxəssis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: Müsahibə əsasında təyin edilir
Vəzifə öhdəlikləri:
- Ay ərzində reallaşan kampaniyaların sistemə daxil edilməsini həyata keçirmək
- Sistemdə olan kampaniyalara dəyişikliklərin edilməsi prosesini həyata keçirmək
- Kampaniya gedişatına nəzarət etmək, təsdiqlənmə prosesini kontrolda saxlamaq
- Kampaniyaların inkişafı istiqamətində müvafiq təkliflər irəli sürmək
- Hazır olan kampaniyaları aidiyyatı üzrə satış kanallarına elan etmək
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
- Satış üzrə hesabatlar və analiz yaradılması.
- Yeni məhsulların təsdiqi.
- Mallara yetki kontrol edilmesi.
- Malların qiymətlərinin dəyişdirilməsi və təyin edilməsi.
- Xərclər üçün eba yazılması.
Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat və Marketinq sahələri üzrə)
- Satış sahəsində ən azı 1 il iş təcrübəsi
- Dil bilikləri: Rus dili (əla səviyyədə)
- Microsoft Office proqramların (xüsusi ilə Excel )
- Yüksək analitik düşünmə qabiliyyəti zəruridir
- Yüksək kommunikasiya və təqdim etmə bacarıqları
- Komandanı ilə çalışa bilmək bacarığı
- Problem həll etmə bacarıqları
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ödənişi.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Analitika və Hesabatvermə üzrə Mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.