Biznes Analitik (İnformasiya Texnologiyaları Direktorluğunda)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznes Analitik (İnformasiya Texnologiyaları Direktorluğunda)

  • Deadline 12 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:

  • Biznes tələblərinin toplanması və təhlili: Şirkətin iş prosesləri və tələblərini anlamaq, sistemin inkişafı üçün biznes tələblərini toplamaq.
  • Tələblərin sənədləşdirilməsi: Biznes tələblərinin texniki tələblərə çevrilməsi, detallı spesifikasiyaların hazırlanması.
  • Sistem analizi və dizaynı: Mövcud sistemlərin təhlili, yeni sistem dizaynı və tətbiq olunacaq həll yollarının təklif edilməsi.
  • Komanda ilə əməkdaşlıq: Proqramçılar, layihə menecerləri və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək layihələrin düzgün həyata keçirilməsini təmin etmək.
  • Test proseslərinə dəstək olunması: Yeni həllərin və sistemlərin test edilməsi üçün ssenarilərin hazırlanmasına və test proseslərinə dəstək.
  • Layihə idarəetməsi dəstəyi: Layihə müddətində irəliləyişin izlənilməsi, risklərin və problemlərin həlli üçün dəstək vermək.
  • Biznes ilə kommunikasiya: Bizneslə əlaqə quraraq onların tələblərini və gözləntilərini müəyyənləşdirmək və müvafiq həll yolları təklif etmək.

Tələblər:

  • Təhsil: Kompüter elmləri, İnformasiya Texnologiyaları, Biznes Administrasiyası və ya əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi.
  • Təcrübə: IT Biznes Analist vəzifəsində ən azı 2+ il iş təcrübəsi.
  • Analitik bacarıqlar: Məlumatların analiz edilməsi, proseslərin optimallaşdırılması və sistemlərin işləmə mexanizmlərinin dərin təhlil bacarığı.
  • Proses modelləşdirilməsi: BPMN, UML kimi modelləşdirmə texnologiyaları üzrə biliklər (arzuolunandır).
  • Proqram təminatı bilikləri: Agile, Scrum və ya digər metodologiyalarla layihə idarəetmə alətləri ilə tanışlıq.
  • Texniki biliklər: SQL, API-lərlə işləmə təcrübəsi, ERP və CRM sistemləri barədə biliklər.
  • Kommunikasiya bacarıqları: Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları, biznes tərəflər və texniki komandalar arasında vasitəçilik etmək.
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dillərində işgüzar səviyyədə ünsiyyət bacarığı üstünlük təşkil edir.

Şəxsi keyfiyyətlər:

  • Problemlərin həll olunmasında kreativ yanaşma.
  • Komandada işləmək bacarığı.
  • Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.

Təkliflər:

  • Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
  • Təlim və sertifikat proqramlarına dəstək.
  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes Analitik” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily5
  • Weekly677
  • Monthly2200