İdxal-ixrac Əməliyyatları üzrə Kiçik Mütəxəssis - Deklarant

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İdxal-ixrac Əməliyyatları üzrə Kiçik Mütəxəssis - Deklarant

  • Deadline 25 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

"Veysəloğlu" MMC Maliyyə Direktorluğunda, " İdxal-ixrac Əməliyyatları üzrə Kiçik Mütəxəssis - Deklarant" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:

  • Şirkətlər üzrə öncəki günün rəsmi, qeyri-rəsmi xırda məsrəflər və gömrük kartı vasitəsilə aparılan ödənişlərinin qeyd olunduğu təhtəl hesabatlarını hazırlamaq;
  • Sənədlərin müvafiq şirkət mühasibatlığına təqdim edilməsini təmin etmək;
  • Hər bir müəssisə və struktur üzrə öncəki günün qalıq vəsaitinin şirkətin kassasına təhvil verilməsi və həmin gün üçün müvafiq maliyyə strukturu tərəfindən hesablanılan vəsaitin kassadan məxaric olunmasını təmin etmək;
  • Dəmiryol idarəsində hər gün vaqonlar üzrə sənədləri (invoys, mənşə sertifikatı, eksport, packing list və s.) qəbul edərək müvafiq prosesləri icra etmək;
  • Yüklər üzərində gələn CMR-lərin əslini bəyannamələrə tikmək, yüklərin yerində baxılması üçün bəyannamələri müvafiq struktura təqdim etmək və terminal üzrə (qaraj, dispetçer, həkim, növbətçi, əlavə gün) xərclərinin ödənilməsini, hər bəyannaməyə uyğun yüklərin yoxlanılması və maşınların möhürlənməsini təmin etmək və müvafiq yüklərin aidiyyatı strukturlara göstərilməsini təmin etmək;
  • Gömrükdə qalan yüklərin səbəblərini araşdırmaq və aidiyyatı strukturlara məlumat vermək.
  • Qısa İdxal Bəyannaməsini tərtib etmək;
  • İdxal Gömrük Bəyannaməsinin hazırlanması;
  • İxrac Gömrük Bəyannaməsinin hazırlanması;

Tələblər:

  • Ali Təhsil;
  • Müvafiq sahədə ən az 1 il iş təcrübəsi,
  • MS Office proqramları yaxşı səviyyədə,
  • Analitik düşünmə bacarığı,
  • Komanda ilə işləmə bacarığı,
  • İşində məsuliyyətli, diqqətli və nəticəyönümlü olmalıdır

Əmək haqqı: Müsahibə əsasında təyin edilir

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ödənişi.

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “İdxal-ixrac Əməliyyatları üzrə Kiçik Mütəxəssis - Deklarant” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily113
  • Weekly484
  • Monthly2374