Vəzifə öhdəlikləri:
- Şöbənin məsul işçiləri tərəfindən ona həvalə olunan tapşırıqları icra edir.
- Qəbul edilmiş standart, qayda və prosedurlara uyğun olaraq işlərini planlaşdırır, icra edir.
- Sistem və Şəbəkə təhlükəsizliyi sazlamalarını həyata keçirir.
- Şirkətin serverlərində İT təhlükəsizliyi inzibatçılığını həyata keçirir.
- Fayrvol avadanlıqlarında icazələrin verilməsini təmin edir.
- Fayrvol və digər təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin işlək olmasını təmin edir və loqlama mexanizmlərini konfiqurasiya edir.
- Şikrətin layihələrində kibertəhlükəsizlik nəzarətlərinin və tələblərinin formalaşmasında iştirak edir.
- Sistemlərdə yaranan boşluqları aradan qaldırır.
- Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdıırlmasında, testləşdirilməsində və icrasında iştirak edir.
- Şirkətin kritik informasiya resurslarında olan dəyişikliklərin həyata keçirilməsində kibertəhlükəsizlik nəzarət mexanizmlərini sazlayır.
Tələblər:
- Ali təhsil(ixtisas üzrə üstünlük verilən)
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- Şəbəkə, Sistem, Təhlükəsizlik avadanlıqları və bu avandalıqların əməliyat sistemləri üzrə anlayışlar və Beynəlxalq İT standartları üzrə biliklər
- NGF, CCSP, CCNA, CompTIA Security+ biliklərinin və tətbiq etmə qabiliyyət
Şəxsi keyfiyyətlər:
- Problemlərin həll olunmasında kreativ yanaşma.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
- Təlim və sertifikat proqramlarına dəstək.
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kiçik kibertəhlükəsizlik inzibatçısı” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.