Maliyyə nəzarəti üzrə aparıcı mütəxəssis

  • Истекает 11 август 2025

"Veysəloğlu" MMC” “Maliyyə nəzarəti üzrə aparıcı mütəxəssis” vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:

  • Müəssisə tərəfindən təqdim edilən hesabatların etibarlılığını və dəqiqliyini yoxlayıb, əminliyini əldə etmək
  • Maliyyə uçotunun Müəssisə tərəfindən düzgün təşkil edilməsinə, maliyyə hesabatlarının düzgün və vaxtında təqdim edilməsinə həm nəzarət etmək, həm də lazımi dəstəyi göstərmək
  • Maliyyə nəzarəti prosesini periodik olaraq həyata keçirmək
  • Maliyyə nəzarəti üzrə analitik təhlillərin aparılması və hesabatların hazırlanmasında optimal həll yollarının araşdırılması proseslərini həyata keçirmək
  • Müəssisənin illik Maliyyə hesabatlarının xarici audit prosesinə lazımi dəstəyi göstərmək
  • Daxili Audit komandasının maliyyə uçotu, maliyyə hesabatlılığı və maliyyə nəzarəti ilə əlaqədar aşkarladığı çatışmazlıqların müəssisə tərəfindən vaxtında aradan qaldırılmasına və gələcəkdə aşkarlana biləcək çatışmazlıqların vaxtında həllini tapmasına nəzarəti təmin etmək
  • Xarici və yerli banklara periodik olaraq hesabatların və banklar tərəfindən yönləndirilmiş aidiyyəti suallar üzrə izahatlar təqdim etmək

Tələblər:

  • Mühasibat, Maliyyə, Biznes İdarəçiliyi və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi
  • 3+ illik daxili/xarici audit, gəlir zəmanəti, maliyyə analizi və ya istehsalat müəsisəsındə təcrübə.
  • Gəlir tanınma prinsiplərini (məsələn, IFRS, GAAP) və daxili nəzarət çərçivələrini güclü başa düşmək.
  •  ACCA F2,F3,F7 və digər beynəlxalq sertifikatlarının olması üstünlükdür.
  • MS Excel,Word,Powerpoint ilə işləmə bacarığı
  • SQL bilkləri;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Maliyyə nəzarəti üzrə aparıcı mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily24
  • Weekly620
  • Monthly1168