"Veysəloğlu" MMC Keyfiyyəti İdarəetmə Departamentində, "Məhsulların Qəbulu, Saxlanlması və Utilizasiyası Nəzarət Mütəxəssisi" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: Müsahibə əsasında təyin edilir
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan məhsulların keyfiyyət və orqanoleptik göstəricilərini, etiket məlumatlarını və daşınma şəraitini yoxlamaq
- Qəbul edilən məhsulların qanunvericiliklə müəyyən edilmiş sertifikatlara uyğunluğunu yoxlamaq
- Tələb olunan nümunələri hazırlamaq və təhvil vermək
- Anbar ərazisində təsdiq olunmuş plana uyğun keyfiyyət yoxlamalarını icra etmək
- Yoxlamaların nəticələrinə əsasən hesabatlar hazırlamaq və təqdim etmək
- Personalın gigiyena tələblərinə əməl etməsinə nəzarət etmək
- Standartlara uyğunluq və mövcud keyfiyyət sistemlərinin tətbiqinə nəzarət etmək
Tələblər:
- Ali təhsil (Standartlaşdırma və Sertifikasiya, Qida mühəndisliyi, Kimya mühəndisliyi, Qida məhsullarının ekspertizası, Qida təhlükəsizliyi, Qida məhsullarının texnologiyası)
- Keyfiyyətə nəzarət sahəsi üzrə ən azı 1 illik iş təcrübəsi;
- Microsoft Office proqramından istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst; İngilis və rus dilləri – arzuolunandır.
- Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
- Analitik düşüncə, problem həll etmə qabiliyyəti
- Ünsiyyət və komanda ilə işləmə bacarığı
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Şirkət nömrəsi ilə təmin olunur.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Məhsulların Qəbulu, Saxlanlması və Utilizasiyası Nəzarət Mütəxəssisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.