"Veysəloğlu" MMC İnformasiya Texnologiyaları Direktorluğunda "Mobil Proqramçı" vakansiyasını elan edir.
İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- Yeni tətbiqlərin hazırlanması və mövcud mobil tətbiqlərin dəstəklənməsi.
- Backend sistemlərlə API inteqrasiyasının təmin edilməsi.
- Tətbiqlərin performansının optimallaşdırılması və təhlükəsizliyinin artırılması.
- Tətbiqlərin ilkin testlərinin edilməsi və problemlərin aradan qaldırılması.
- App Store və Google Play-də tətbiqlərin yerləşdirilməsi və yenilənməsi.
Tələblər:
- Minimum 2+ illik mobil proqramlaşdırma təcrübəsi.
- Flutter vasitəsilə cross-platform tətbiqetmələr hazırlama bacarığı.
- React Native ilə mobil tətbiqlərin yaradılması təcrübəsi.
- Dart, JavaScript/TypeScript bilikləri.
- RESTful API-lər və ya GraphQL ilə inteqrasiya bacarığı.
- Versiya nəzarəti üçün Git təcrübəsi.
- Android və iOS platformaları üçün tətbiqlərin yerləşdirilməsi və dəstəklənməsi.
- Problemlərin araşdırılması və həll yollarının tapılmas.
- UI/UX prinsiplərinə uyğun dizaynlarla işləmək təcrübəsi.
- CI/CD alətləri ilə təcrübəsi üstünlükdür
- Native mobil tətbiq inkişafı üzrə (Java, Swift) bilikləri üstünlükdür.
- Mobil tətbiqlərdə push bildirişlər, in-app purchase və analitika alətləri ilə təcrübə üstünlükdür.
Şəxsi keyfiyyətlər:
- Problemlərin həll olunmasında kreativ yanaşma.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
- Təlim və sertifikat proqramlarına dəstək.
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Mobil Proqramçı” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub sayta göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.