Veyseloglu MMC Veyseloglu MMC
  • 612

Veyseloglu MMC

Manufacturing ,

SƏTƏM mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM mütəxəssisi

  • Deadline 14 June 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Funksiya: İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğu/SƏTƏM Şöbəsi

Vəzifə öhdəlikləri:

  • SƏTƏM təlimatlarının hazırlanması və işçilərə təlimlərin keçirilməsi
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarətin həyata keçirilməsi
  • İş qəzaları və peşə xəstəlikləri ilə bağlı halların araşdırılması, reaktiv və proaktiv tədbirlərin təşkili
  • Ətraf mühitin mühafizəsi ilə bağlı normativ tələblərin icrasına nəzarət
  • Risklərin qiymətləndirilməsi və analizi
  • İstehsalat, logistika, təmir-tikinti prosesləri zamanı təhlükəsizlik tələblərinin icrasına nəzarət
  • Təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün iş yerlərində günlük yoxlamaların keçirilməsi
  • Qeydə alınmış uyğunsuzluqların təyin olunmuş vaxtda aradan qaldırılmasına nəzarət etmək

Vəzifə tələbləri:

  • SƏTƏM üzrə qanunvericilik (Əmək Məcəlləsi, Texniki təhlükəsizlik haqqında qanun, Yanğın təhlükəsizliyi və Ətraf mühitin mühafizəsi) bilikləri
  • FHN şəhadətnamə və vəsiqəsinin olması mütləqdir, ISO 45001 sertifikatının olması üstünlükdür
  • Təlimlərin hazırlanması və keçirilməsi ilə bağlı təcrübə
  • İstehsalatda qurğu və avadanlıqların istismarı zamanı təhlükəsizlik tələblərini bilmək
  • Fövqəladə vəziyyətlərin idarə olunması üzrə bilgilər
  • Ezamiyyətə getmək imkanı

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

  • Servis xidməti
  • Nahar təminatı

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “SƏTƏM mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily1
  • Weekly283
  • Monthly2322