Veyseloglu MMC Veyseloglu MMC
  • 469

Şöbə Müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şöbə Müdiri

  • Deadline 11 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

"Veysəloğlu" MMC Data Mühəndisliyi Şöbəsinə, "Şöbə Müdiri" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

Vəzifənin əsas məqsədi

  • Şirkətin məlumat infrastrukturlarının qurulması və inkişaf etdirilməsi, məlumatların müxtəlif mənbələrdən toplanması, emalı, inteqrasiyası və saxlanılması proseslərinin idarə olunması, Data mühəndisliyi həllərinin tətbiqi və şöbənin fəaliyyətinin effektiv təşkilini təmin etmək.

Əsas vəzifə öhdəlikləri

  • Şöbənin fəaliyyətini təşkil etmək, iş proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
  • Şirkətin məlumatlarının müxtəlif mənbələrdən toplanması, emalı, inteqrasiyası və saxlanılması proseslərini təşkil etmək;
  • Data infrastrukturlarının və məlumat axınlarının layihələndirilməsini, qurulmasını və təkmilləşdirilməsini təmin etmək;
  • Məlumatların toplanması və emalı üçün ETL/ELT proseslərinin hazırlanmasına və düzgün fəaliyyətinə nəzarət etmək;
  • Data Warehouse və Data Lake arxitekturalarının qurulması və inkişaf etdirilməsi istiqamətində işləri təşkil etmək;
  • Məlumat bazalarının və məlumat emalı sistemlərinin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətinə nəzarət etmək;
  • Böyük həcmli məlumatların emalı və inteqrasiyası üçün müasir texnologiyaların tətbiqini təmin etmək;
  • Data mühəndisliyi sahəsində qabaqcıl texnologiyaların araşdırılması və tətbiqi üzrə təkliflər hazırlamaq;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə texniki tələbləri və parametrləri müəyyənləşdirmək və təsdiq üçün təqdim etmək;
  • Məlumatların keyfiyyətinin, bütövlüyünün və informasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət etmək;
  • Data mühəndisliyi fəaliyyətini təmin edən proqram təminatı və avadanlıqların quraşdırılması və fasiləsiz işləməsini təşkil etmək;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə dövri hesabatlar hazırlamaq;
  • Şöbə əməkdaşlarının fəaliyyətinə, təliminə və peşəkar inkişafına nəzarət etmək;
  • Şirkətin digər struktur bölmələri ilə effektiv əməkdaşlığı təmin etmək;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəliklərinə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə dair tələblər

  • İnformasiya texnologiyaları, Kompüter elmləri, Proqram mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Data Engineering sahəsində minimum 5 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə və komanda idarəetməsi üzrə minimum 2 il iş təcrübəsi;
  • SQL və Python proqramlaşdırma dilləri üzrə yüksək səviyyədə biliklər;
  • ETL/ELT proseslərinin qurulması və idarə olunması üzrə praktiki təcrübə;
  • Data Warehouse, Data Lake və Data Modeling üzrə biliklər;
  • Böyük həcmli məlumatların emalı, inteqrasiyası və transformasiyası üzrə təcrübə;
  • Məlumat bazaları və paylanmış məlumat emalı texnologiyaları üzrə biliklər;
  • Apache Airflow, Apache Spark, Apache Kafka və oxşar texnologiyalarla iş təcrübəsi;
  • AWS, Microsoft Azure və ya Google Cloud Platform kimi bulud texnologiyaları üzrə biliklər;
  • Microsoft Fabric;
  • Data infrastrukturlarının layihələndirilməsi, optimallaşdırılması və idarə olunması bacarığı;
  • Məlumat təhlükəsizliyi və məlumat keyfiyyətinin idarə olunması prinsipləri üzrə biliklər;
  • Texniki problemlərin təhlili və effektiv həll yollarının müəyyənləşdirilməsi bacarığı;
  • Analitik düşünmə, strateji planlaşdırma və qərarvermə bacarıqları;
  • Güclü liderlik, komanda idarəetməsi və kommunikasiya bacarıqları;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində texniki sənədlərlə işləmək bacarığı.

İş şəraiti və şirkət tərəfindən təqdim olunan imtiyazlar:

  • Əməkhaqqı: Namizədin peşəkar bilik və təcrübəsi nəzərə alınmaqla müsahibə əsasında müəyyən edilir;
  • İş rejimi: 5 günlük iş həftəsi, 08:00–17:00, 08:30–17:30 və ya 09:00–18:00 saatları arasında seçim imkanı;
  • Hibrid iş modeli: Həftə ərzində distant (məsafədən) işləmək imkanı;
  • Yemək və nəqliyyat təminatı: Yemək xərclərinin qarşılanması və korporativ nəqliyyat servisindən istifadə imkanı;
  • Tibbi sığorta: Könüllü tibbi sığorta ilə təmin olunma;
  • Peşəkar inkişaf: Udemy onlayn təlim platformasına çıxış imkanı;
  • Təlim və inkişaf: Yerli və beynəlxalq peşəkar təlimlərdə iştirak imkanı;
  • Əlavə imtiyazlar: Vəzifə səviyyəsinə uyğun olaraq şirkətin digər korporativ imtiyazlarından yararlanmaq imkanı.

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Data Mühəndisliyi Şöbə Müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Qeyd: Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily120
  • Weekly158
  • Monthly742