Ticari marketinq üzrə mütəxəssis

  • Истекает 3 январь 2025

"Veysəloğlu" MMC Qastronom Kateqoriyası üzrə İdarəedici Direktorluqda, "Ticari marketinq üzrə mütəxəssis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:

  • Ticari Marketinq Strategiyalarının həyata keçirilməsində, o cümlədən kampaniyalar, tanıtımın izlənilməsi, displeylər, mağazadaxili brendinq və digər əlaqəli funksiyalarda iştirak etmək;
  • Azərbaycan bazarına yönəlmiş məhsul kateqoriyalarında və bazarda formalaşan yeni məhsul kateqoriyalarında müəyyən edilmiş biznes məqsədlərinə nail olmaq üçün Ticari Marketinq Strategiyasının inkişafı üçün planlamada iştirak etmək;
  • Ərazi ziyarətləri- POS (satış nöqtəsi) üzrə rəqiblərin fəaliyyətinin, qiymət strategiyasının, cari promosyonların və stok səviyyəsinin monitorinqi;
  • Stokların hərəkətinə nəzarət etmək, yavaş hərəkət edən və ya müddəti bitən məhsullar və ya promosyonlar üzrə ticari planlamalar hazirlayib satış komandasina təklif etmək;
  • KA və ənənəvi ticarət kanalı müştəriləri üçün hər bir brend menecerlə (planoqram, tanıtım, ticarət, kommunikasiya) kommunikasiyani təşkil etməklə kateqoriyanı  idarə etmək;
  • BTL fəaliyyətlərinin həyata keçirilməsi (promouterlərin iş fəaliyyətinə nəzarət və hədəflərin təyin edilməsi,dadım aksiyaları, tanitim tipli hədiyyəli aktivliklər və s. planlanması və icrasina nəzarət);
  • Ticari təkliflərin və  istehlakçı təkliflərinin proqnozlaşdırılması və razılaşdırılmış dövrü planlaşdırma təqviminə uyğun olaraq tələbin planlaşdırma komandasına ötürülməsi;
  • Ticari aktivliklər üzrə təxmini satışlara nail olmaq üçün satış meneceri ilə mütəmadi əlaqə saxlamaq;
  • Üst rəhbərin tapşırıqlarını zamanında və doğru şəkildə yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Məntiqi və analitik düşünmə qabiliyyəti;
  • SAP proqramından istifadə təcrübəsi arzuolunandır;
  • İngilis və rus dilləri arzuolunandır;
  • Komandada işləmək bacarığı;
  • Problemləri həll etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Ticari marketinq üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly287
  • Monthly1931