Veysəloğlu-Rossmann Veysəloğlu-Rossmann
  • 351

Veysəloğlu-Rossmann

Specialty Retail , Wholesale & Retail Trade

Kreativ üzrə Menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kreativ üzrə Menecer

  • Deadline 28 August 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas iş öhdəlikləri

  • Marketinq strategiyasına uyğun kreativ konseptlər, kampaniya ideyaları və kommunikasiya həlləri hazırlamaq və idarə etmək.
  • Sosial media, rəqəmsal platformalar, mağazadaxili kommunikasiya və digər kanallar üzrə kontent istiqamətlərini və planlarını formalaşdırmaq.
  • Reklam mətnləri, kampaniya sloqanları, kreativ briflər, video ssenariləri və əsas kommunikasiya mesajlarını hazırlamaq.
  • Foto və video çəkilişlərini, post-prodakşn prosesini, daxili komanda və tərəfdaş agentliklərin işini koordinasiya etmək.
  • Brendin vizual kimliyinin və kommunikasiya üslubunun bütün platformalarda vahid qorunmasını təmin etmək.
  • Yerli və beynəlxalq trendləri, viral və guerrilla marketinq imkanlarını, influencer əməkdaşlıqlarını araşdırmaq və uyğun ideyaları tətbiq etmək.
  • Kreativ layihələrin prioritetlərini, vaxt qrafikini və resurslarını planlaşdırmaq, eyni vaxtda bir neçə layihənin icrasına nəzarət etmək.
  • Kampaniya və kontent nəticələrini təhlil etmək, növbəti layihələr üçün inkişaf təklifləri hazırlamaq və digər marketinq funksiyaları ilə koordinasiyalı işləmək.

Namizədə əsas tələblər

  • Kreativ strategiya, brend kommunikasiyası, kontent və ya reklam sahəsində ən azı 3-4 il iş təcrübəsi; layihə və ya komanda idarəetməsi təcrübəsi üstünlükdür.
  • Rəqəmsal, sosial media, video, çap və mağazadaxili layihələri əhatə edən güclü portfolio.
  • Kreativ ideyanı aydın brifə, mətnə, sloqana, ssenariyə və icra planına çevirmək bacarığı.
  • Brend standartları, foto-video istehsalı və müasir kontent formatları üzrə praktik bilik.
  • Güclü layihə, vaxt və prioritet idarəetməsi; komanda, agentlik və tərəfdaşlarla effektiv ünsiyyət bacarığı.
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət, ingilis dilində peşəkar mənbələrlə işləmək bacarığı;
  • Retail, FMCG, kosmetika və ya agentlik təcrübəsi, həmçinin süni intellekt əsaslı kreativ alətlərlə işləmək bacarığı üstünlükdür.

Digər məlumatlar:

  • Nahar və servis ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük tam iş qrafiki
  • Korporativ mobil nömrə

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Kreativ üzrə Menecer” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily100
  • Weekly231
  • Monthly2500