Aparıcı mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı mühasib

  • Deadline 19 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun #dinamik iş mühitində  #perspektivli iş təklif edirik.

Vəzifə öhdəlikləri:

  • Şirkətin maliyyə fəaliyyətinin və mühasibat uçotunun Azərbaycan Respublikası qanunvericiliyinə və daxili siyasətlərə uyğun təşkili.
  • Gündəlik maliyyə əməliyyatlarının uçot sistemində düzgün və vaxtında əks etdirilməsinə nəzarət.
  • Vergi, DSMF və digər dövlət hesabatlarının hazırlanması və təqdim olunması.
  • Maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması və rəhbərliyə təqdim olunması.
  • Gündəlik ödəniş tapşırıqlarının hazırlanması və izlənməsi.
  • Elektron qaimələrin tərtibi və müvafiq sistemlərdə idarə olunması.
  • Əmək haqqı, məzuniyyət və kompensasiya hesablamalarının icrası.
  • Əsas vəsaitlər, amortizasiya, debitor və kreditorların uçotu.
  • Bank əməliyyatlarına və nağd vəsait hərəkətlərinə nəzarət.
  • Mühasibatlığa aid bütün digər əməliyyatlar
  • İl sonu maliyyə bağlanış proseslərinə rəhbərlik.
  • Audit yoxlamaları üçün lazımi sənədlərin və izahatların hazırlanması.
  • Maliyyə siyasətlərinin və prosedurlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi.
  • Mühasibat komandasının rəhbərliyi və inkişaf etdirilməsi.
  • Vergi planlaması və risklərin idarə olunmasına dair təkliflərin hazırlanması

Tələblər:

  • Azərbaycan Respublikası vergi və mühasibat qanunvericiliyi üzrə dərin biliklər.
  • Əmlak (daşımaz əmlak) sahəsində uçot spesifikasiyası barədə təcrübə.
  • Mühasibat proqramlarında (1C, Logo, SAP və s.) işləmək bacarığı.
  • Güclü analitik düşüncə, problem həlletmə və komanda idarəetməsi bacarığı.
  • Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Mühasibatlıq üzrə).
  • PMC (Professional Accounting Certificate) – mütləqdir.
  •  ACCA və ya digər beynəlxalq sertifikatlara sahib olmaq üstünlükdür.

İş şərtləri:

  • İş məkanı: Azure Plaza
  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
  • İş rejimi: 5 gün (həftə içi)
  • Nahar: Təmin edilir
  • Rəqabətli əmək haqqı və mükafat sistemi.
  • Peşəkar inkişaf imkanları və təlim proqramları.
  • Müasir iş mühiti və layihələrdə iştirak.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Aparıcı mühasib” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.

  • Daily33
  • Weekly456
  • Monthly2202