Veysəloğlu Şirkətlər Qrupu Veysəloğlu Şirkətlər Qrupu
  • 708

IT əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

IT əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı mütəxəssis

  • Deadline 28 December 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun #dinamik iş mühitində perspektivli iş təklif edirik.

Vəzifə öhdəlikləri:

  • IT əməliyyat risklərinin idarə edilməsi fəaliyyətlərini həyata keçirir        
  • Risklərin, təhdidlərin, zəifliklərin və tənzimləmə tədbirlərinin sənədləşdirilməsini aparır  
  • Təkmilləşdirmə sahələri müəyyən etmək və şirkətin ümumi risk vəziyyətini yaxşılaşdırmaq üçün insidentdən sonra təhlilin aparılmasının həyata keçirilməsi        
  • Mövcud proseslərin, məhsulların, sistemlərin və xidmətlərin auditinin planlaşdırılmasına və icrasına kömək etmək        
  • IT nəzarətlərin tətbiqində iştirak etmək, optimallaşdırılması üzrə təkliflər vermək
  • Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək
  • Daxili insidentlər, əməliyyat riskləri, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatların əldə olunması və səbəblərin araşdırılmasında iştirak etmək;
  • Informasiya sistemlərinin və ya texnologiyaları üzrə risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi tətbiqində iştirak etmək;
  • İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş IT insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;

Tələblər:

  • IT risklərinin idarə edilməsi, və ya digər müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
  • Kompüter elmləri, İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya digər müvafiq sahələr üzrə təhsil;
  • Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
  • Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.
  • Məntiqi və analitik düşüncə

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “İT əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı mütəxəssis” yazmaqla, öz CV-lərini elektron poçt və ya  job.veyseloglu.az ünvanına göndərə bilərlər.

  • Daily17
  • Weekly187
  • Monthly1840