Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik!
Namizədə dair tələblər:
- Jurnalistika, İctimaiyyətlə əlaqələr (PR), Marketinq və ya Filologiya sahəsində ali təhsil.
- PR və ya SMM sahəsində minimum 1-2 il iş təcrübəsi.
- Azərbaycan dilində mükəmməl yazı və nitq qabiliyyəti (Rus və İngilis dili bilikləri arzuolunandır).
- Güclü təqdimat bacarığı və stresə davamlılıq.
- Yüksək səviyyədə korporativ yazışma və təqdimat bacarığı
Vəzifə Öhdəlikləri:
- Şirkətin fəaliyyəti, yenilikləri və mühüm xəbərləri ilə bağlı press-relizlərin tərəfdaş media qurumları ilə paylaşılmasını təmin etmək;
- Media qurumları və jurnalistlərlə əməkdaşlıq çərçivəsində bütün görüşlərin təşkilini həyata keçirmək;
- Rəqəmsal reklam kampaniyalarının planlaşdırılması və reklam büdcəsinin idarə olunması;
- Bizneslərin marketinq və PR komandaları ilə daxili və xarici kommunikasiyanın idarə olunması;
- Şirkətin rəsmi sosial media hesablarının (Facebook, Instagram, LinkedIn, YouTube) idarə edilməsi və inkişaf etdirilməsi;
- Korporativ veb-saytın admin panelinin idarə edilməsi və məlumatların mütəmadi yenilənməsi.
- Tədbirlər, rəsmi görüşlər və xüsusi günlər üçün foto/video çəkilişlərin texniki tapşırıqlarını (brief) hazırlamaq;
- Media tərəfdaşları ilə müqavilə proseslərini idarə etmək, ödəniş şərtlərinə uyğun aylıq ödəniş planlarını hazırlamaq;
- Tərəfdaşlardan təhvil-təslim aktlarının alınması və sənədlərin (hesab-faktura və s.) vaxtında maliyyə şöbəsinə təqdim edilməsi;
İş şərtləri:
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftəiçi)
- Nahar: Təmin edilir
- Servis xidməti mövcuddur
- Rəqabətli əmək haqqı və mükafat sistemi.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Mətbuatla əlaqələr və Sosial media üzrə mütəxəssis” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.