Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun #dinamik iş mühitində #perspektivli iş təklif edirik.
Vəzifə öhdəlikləri:
- Sistem xüsusiyyətlərini nəzərdən keçirmək və analiz etmək.
- Test planlarının, ssenarilərin və ya prosedurların icrasını həyata keçirmək.
- Proqram təminatının düzgün və qüsursuz işləməsini təmin etmək üçün testlər aparmaq.
- Xətaları aşkar etmək, sənədləşdirmək və onların aradan qaldırılmasını izləmək.
- Səhvlər həll edildikdən sonra reqressiya testlərini icra etmək.
- Proqramçılarla qarşılıqlı əməkdaşlıq edərək aşkarlanan problemlərin həllinə dəstək vermək.
- Funksional tələblər, məhsul dizaynları, cədvəllər və ya potensial problemlər barədə məlumat vermək üçün məhsul dizaynının nəzərdən keçirilməsində iştirak etmək.
Tələblər:
- Müvafiq sahə üzrə 2+ il iş təcrübəsi.
- SDLC və Test Metodologiyaları haqqında dərin anlayış.
- Güclü analitik və problem həll etmə bacarığı.
- Əla yazılı və şifahi ünsiyyət bacarıqları
- Detallara yüksək diqqət və sürətli templi mühitdə işləmək bacarığı
- Agile metodologiyaları haqqında əsas anlayış
- “Black Box”, “White Box” və “Gray Box” test metodologiyalarını yaxşı başa düşmək
- Xəta dövriyyəsi (DLC - defect life cycle) proseslərini yaxşı anlamaq və izləmək
- Test planları, test nümunələri, test məlumatları və digər test sənədlərini yaxşı anlamaq
- Test idarəetmə alətləri ilə iş təcrübəsi (məs. JIRA, TestRail və s.)
- C#, Java və ya JavaScript proqramlaşdırma dilləri üzrə əsas anlayışlar üstünlükdür
- Selenium, Cypress, UiPath və ya Appium kimi test avtomatlaşdırma vasitələrini bilmək üstünlükdür
- SQL və verilənlər bazası anlayışları üzrə əsas biliklər üstünlük təşkil edir
İş şərtləri:
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftəiçi)
- Nahar: Təmin edilir
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Middle Software Tester (QA)” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.