Vəzifə öhdəlikləri:
- Şirkət və onun layihələri adından IT materialların/xidmətlərin alınmasına, xərclərin optimallaşdırılmasına, nəzarət etmək
- Layihə satıcılarının siyahısının müəyyən edilməsində əməkdaşlıq etmək
- IT üzrə bazar və məhsul araşdırması və xərclərin təhlilini aparmaq
- Müraciət edən şöbə ilə xüsusi satınalma ehtiyaclarını və spesifikasiyalarını həll edilməsi
- Satıcıların şərtlərini təhlil etmək
- Fəaliyyətlərin gedişatı haqqında dövri hesabatlar və ya sorğu keçirtmək
- İT sahəsi üçün təchizatçıların qiymətləndirmə və seçim proseslərini maraqlı tərəflərlə sıx koordinasiyada idarə etmək
- İT bazarını başa düşmək və İT təchizatçılarının münasibətlərini idarə etmək
- Təchizatçıların bankın qanuni tələblərinə, uyğunluğuna və etik qaydalarına riayət etməsini təmin etmək
- Birbaşa rəhbər tərəfindən verilən şifahi və yazılı tapşırıqları yerinə yetirmək
Tələblər:
- Ali təhsil .
- İT satınalma sahəsində minimum 1 il iş təcrübəsi
- CIPS sertifikatının mövcudluğu üstünlükdür
- Rus və İngilis dil biliyi üstünlükdür
- MS Office-in mükəmməl səviyyəsi (MS Excel və MS Power Point)
- Son istifadəçiyə qədər olan təchizat prossesini yaxşı bilmək.
- Təşkilat üçün qənaətin əldə edilməsi məqsədilə güclü ünsiyyət bacarıqları
- İT Müqavilələr ilə işləmə təcrübəsi (müqavilələrin hazırlanmasından, imzalanma və icrasına qədər)
- Təchizatçı performansının idarəedilməsi və müştəri idarəedilməsində təcrübə
- Problemləri həll edə bilmə bacarığı və prossesləri davamlı olaraq təkmilləşdirməyə yönümlü olmaq
- Komandada işləmək bacarığı
- Böyük İT xidmət təminatçıları ilə çalışmaq / əməkdaşlıq etmək təcrübəsi
İş şərtləri:
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftəiçi)
- Nahar: Təmin edilir
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Təchizat üzrə aparıcı mütəxəssis (İT satınalmaları üzrə)” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.