Problemli kreditlər üzrə mütəxəssis

  • Истекает 11 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas Vəzifə Öhdəlikləri:

  • Gecikmədə olan kredit portfelinin mütəmadi təhlil edilməsi və borcluların müəyyən olunması;
  • Borclular və zaminlərlə telefon zəngləri, rəsmi məktublar və ya fərdi (üzbəüz) görüşlər vasitəsilə əlaqə saxlanılması;
  • Kredit borclarının gecikmə səbəblərinin araşdırılması, problemin qanunvericilik çərçivəsində aradan qaldırılması üçün optimal həll yollarının (məsələn, restrukturizasiya) təklif edilməsi;
  • Borcların məhkəməyə qədərki həlli mərhələsinin idarə olunması, müştərilərlə ödəniş qrafiklərinin razılaşdırılması;
  • Borcun geri qaytarılması prosesində daxili korporativ qaydalara, etika normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət edilməsi;
  • Görülmüş işlər, əlaqə saxlanılmış müştərilər və yığılmış vəsaitlər barədə rəhbərliyə dövri hesabatların təqdim olunması.

Namizədə dair Tələblər:

  • Yaş həddi 21-45
  • Ali təhsil arzuolunandır: (İqtisadiyyat, Maliyyə, Hüquq və ya Biznesin idarə edilməsi sahələri üzrə );
  • İş təcrübəsi: Bank, mikromaliyyə və ya boking sektorunda problemli kreditlərin idarə edilməsi/yığılması sahəsində minimum 1 il təcrübə 
  • Kommunikasiya bacarığı: Yüksək ünsiyyət, inandırma və gərgin danışıqlar aparmaq qabiliyyəti;
  • Stressə davamlılıq: Konfliktli vəziyyətləri idarəetmə və gərgin iş qrafikində nəticəyə yönəlik işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dilində səlis və aydın danışıq bacarığı 
  • Kompüter bilikləri: MS Office proqramları (xüsusilə MS Excel) ilə işləmək bacarığı;

İş Şəraiti və Təminatlar:

  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Maaş 600-1400 Azn (net+bonus)
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Korporativ mobil nömrə və limitsiz danışıq balansı;
  • peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
  • Yerləşmə: Bakı şəhəri, Nərimanov ray., Ə.Rəcəbli küç

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Qeyd: Məktubun mövzu (subject) hissəsində mütləq "Problemli Kreditlər üzrə Mütəxəssis" qeyd olunmalıdır. Əks halda müraciətlərə baxılmaya bilər.

Əlaqə: 0992005517

  • Daily131
  • Weekly131
  • Monthly2404