V VIP Aviation Services Company
  • 989

VIP Aviation Services Company

Other

Təlim üzrə menecer

  • Deadline 10 October 2025

Vəzifə öhdəlikləri:  

  • Şirkətin biznes hədəflərinə uyğun olaraq əməkdaşların təlim və inkişafı üçün uzunmüddətli və qısamüddətli planların hazırlanması və tətbiqi.
  • İllik xarici və daxili təlim planlarını hazırlamaq, təlimlərin təşkilini həyata keçirmək və nəzarət etmək;
  • Fərdi təlim planlarını hazırlamasına nəzarət etmək;
  • Təlim keçirilən işçilərin hazırlıq səviyyəsinə, keçirilən təlimlərin keyfiyyətinə və müntəzəmliyinə nəzarət etmək;
  • Sınaq müddətini bitirən namizədlərin ixtisas biliklərinin qiymətləndirilməsi prosesini təşkil etmək;
  • Hər 6 aydan bir işçilərin xarici dil biliklərinin yoxlanılması prosesini həyata keçirmək və rəhbərliyə hesabat vermək;
  • Təlimlərin, təlimatçıların və təlim prosesinin təşkilinin sorğular vasitəsilə qiymətləndirilməsini həyata keçirmək;
  • Test bazasını formalaşdırılması və yenilənməsi
  • Elektron təlim (E-learning) prosesinin təşkil edilməsi
  • Təlimlər bitdikdən sonra (3-6 ay müddətində) təlimlərin effektivliyinin qiymətləndirilməsini həyata keçirməsini təşkil etmək;
  • Təlimlərin, sertifikatların və imtahanların qeydiyyat reyestrini vaxtaşırı olaraq yeniləməsini təşkil etmək;
  • Aylıq olaraq təlim üzrə görülmüş işlər barədə hesabat tərtib etmək və rəhbərliyə təqdim etmək;
  • Təlim prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər vermək.

Tələblər: 

  • Ali təhsil (Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarə olunması, Psixologiya, İqtisadiyyat üzrə təhsil üstünlükdür);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Kompüter bilikləri: MS Office (Powerpoint, Excel yaxşı səviyyədə)
  • Ənənəvi və müasir təlim metodları ilə işləmək
  • Analitik düşüncə və təklifləri təqdim etmə bacarığı
  • Yüksək kommunikasiya və təqdimat bacarığı olmalı
  • Dil bilikləri : azərbaycan(səlis), rus dili və ingilis dili danışıq səviyyəsində (B1/B2 Səviyyə);
  • Təlim və inkişaf üzrə müvafiq sertifikatlar arzu olunandır
  • Punktuallıq;
  • Təşkilatçılıq bacarığı;
  • İşgüzar ünsiyyət;
  • Komandada işləmə bacarığı.
  • İSO 9001 standartları üzrə biliklərin olmasına üstünlük verilir.

Əmək şəraiti:

  • Əmək haqqı: 1600 AZN (gross);
  • 5 günlük (09:00-18:00) iş rejimi;
  • Nahar və nəqliyyat təmin edilir;
  • Heydər Əliyev Beynəlxalq Hava Limanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily9
  • Weekly600
  • Monthly1900