Vision Academy tərəfindən təşkil olunan 3 aylıq Aşpazlıq üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.
Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
- Yaş həddi: 18 - 40.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Orta və ya ali təhsilli şəxslər
- Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Aşpazlıq sahəsinə marağı olanlar, yeni başlayanlar.
- Kulinariya bacarıqlarını inkişaf etdirmək istəyənlər.
- Karyerasını bu sahədə qurmaq istəyən məsuliyyətli və yaradıcı şəxslər.
Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
Aşpazlığın Əsasları:
- Peşəyə giriş və mətbəx etikası.
- İş mühitində gigiyena və təhlükəsizlik qaydaları.
- Mətbəx avadanlıqları və onların istifadəsi.
- Ərzaqların düzgün saxlanılması və istifadəyə hazırlanması.
Bişirmə Texnikaları və Menyu Hazırlığı:
- Milli və beynəlxalq mətbəxlər üzrə əsas yemək növləri.
- Qızartma, buğlama, sobada bişirmə, qaynatma və digər üsullar.
- Səhər yeməkləri, salatlar, isti yeməklər, qəlyanaltılar və desertlər.
- Mətbəx içi əmək bölgüsü və səmərəli işin təşkili.
Praktiki Məşğələlər və Yaradıcı Təcrübə:
- Real mətbəx şəraitində praktiki bişirmə.
- Menyu tərtibatı və yeməklərin təqdimatı.
- Tədarük planlaması və ərzaq israfının qarşısının alınması.
- Komanda ilə işləmə bacarığı.
Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Təlim təcrübə proqramı tam ödənişsizdir.
- Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Təlim təcrübə proqramı 3 ay davam edəcək.
- Təlim təcrübə proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla, ümumilikdə 264 saat olacaq.
- 3 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Real Təcrübə – Peşəkar aşpazların rəhbərliyi altında mətbəxdə praktika.
- Yaradıcılıq İmkanı – Fərqli reseptlərin sınaqdan keçirilməsi və yeni yeməklərin hazırlanması.
- Mentor Dəstəyi – Təcrübəli aşpazlar tərəfindən təlim və yönləndirmə.
- Rəsmi Sertifikat – Proqramı uğurla tamamlayanlara təqdim olunur.
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.
Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Sosial Media Hesablar: