Vision Academy tərəfindən təqdim olunan Frontend və Backend sahələrini əhatə edən 5 aylıq təlim təcrübə proqramına qeydiyyat davam edir.
Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
- Yaş həddi: 21-35.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Ali təhsilli, öyrənməyə həvəsli vəverilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Frontend və ya backend sahəsində sıfırdan başlamaq istəyənlər.
- Junior developer olub biliklərini sistemli şəkildə artırmaq istəyənlər.
Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
Proqramlaşdırma əsasları:
- Dəyişənlər (variables), verilənlər növləri (data types).
- Operatorlar (riyazi, məntiqi).
- Şərt əmrləri (if, else, switch).
- Döngülər (for, while).
- Funksiyalar və metodlar.
- Massivlər (arrays) və obyektlər (objects).
Algoritmik düşüncə:
- Problem həll etmə üsulları.
- Sadə alqoritmlər yazmaq (məsələn, massivdə axtarış, sıralama).
- Döngülər və şərtlərlə ssenarilər qurmaq.
Obyekt yönümlü proqramlaşdırma (OOP):
- Siniflər (classes) və obyektlər (objects).
- İrsiyyət (inheritance).
- Polimorfizm, enkapsulyasiya kimi əsas anlayışlar.
Verilənlər bazası əsasları:
- SQL ilə işləmə (SELECT, INSERT, UPDATE, DELETE).
- Əlaqəli cədvəllər və normalizasiya.
- Sadə sorğular yazmaq.
Frontend əsasları:
- HTML, CSS, JavaScript-in əsasları (struktur, stil və funksionallıq).
- DOM manipulyasiyası.
- Sadə veb səhifə yaratmaq.
Backend əsasları:
- Server, API, və məlumat ötürmə konseptləri.
- Server tərəfli proqramlaşdırmanın əsasları (Node.js, Express.js və s.).
- RESTful API-lərin yaradılması.
Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Təlim təcrübə proqramı tam ödənişsizdir.
- Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Təlim təcrübə proqramı 5 ay davam edəcək
- Təlim təcrübə proqramı hər gün 4 saat həftədə 5 dəfə olmaqla ümumilikdə 440 saat olacaq.
- 5 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Tam Praktik Yanaşma – Teoriya deyil, kod. Hər mövzu real tətbiqlə izah olunur.
- Peşəkar Rəhbərlik – Təcrübəli mentorlarla birgə işləmə imkanı.
- Karyera Dəstəyi – Məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Sertifikat – Təcrübə proqramını uğurla tamamlayanlara təqdim olunur.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman
Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.
Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Sosial Media Hesablar: