Vision Academy tərəfindən təşkil olunan 1.5 aylıq Baristalıq üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.
Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
- Yaş həddi: 21-35.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Orta və ya ali təhsilli şəxslər
- Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Barista peşəsinə marağı olan şəxslər.
- Restoran və qəhvə konseptli məkanlarda çalışmaq istəyən şəxslər.
Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
Barista Peşəsinin Əsasları:
- Müxtəlif qəhvə növlərinin hazırlanma üsulları.
- Qəhvə avadanlıqları (espresso maşını, dəyirman, press və s.) ilə işləmə qaydaları.
- İş yerində gigiyena və təhlükəsizlik qaydaları.
Qəhvə Hazırlama Bacarıqları:
- Espresso, americano, cappuccino, latte və digər içkilərin hazırlanması.
- Latte art üzrə əsas texnikalar.
- Soyuq və isti qəhvə içkilərin hazırlanması.
Müştəri Xidməti və Komanda ilə İşləmə:
- Müştəri ilə peşəkar ünsiyyət bacarığı.
- Sifarişlərin düzgün qəbulu və hazırlanması.
- Komanda ilə birlikdə işləmə qaydalarının öyrədilməsi.
Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Təlim təcrübə proqramı tam ödənişsizdir.
- Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Təlim təcrübə proqramı 1.5 ay davam edəcək
- Təlim təcrübə proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla, ümumilikdə 120 saat olacaq.
- 1.5 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Peşəkar Mentorlar – Təcrübəli baristalardan birbaşa öyrənmə imkanı.
- Praktiki Təlim – Real şəraitdə müxtəlif qəhvə növlərinin hazırlığı üzrə təlimlər.
- Sertifikat – Proqramı uğurla başa vuranlara təqdim olunur.
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.
Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Sosial Media Hesablar: