Vision Academy tərəfindən təşkil olunan 4.5 aylıq praktiki Frontend Developer təlim təcrübə proqramına qeydiyyat başladı.
Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
- Yaş həddi: 21-35.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Ali təhsilli, öyrənməyə həvəsli və verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Frontend sahəsinə yeni başlayanlar və bu sahəyə marağı olanlar.
- Karyerasını proqramlaşdırma ilə qurmaq istəyənlər.
- Öyrənməyə motivasiyalı və texnologiyaya maraqlı şəxslər.
Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
HTML (HyperText Markup Language):
- Veb səhifənin əsas strukturu
- Taglar, atributlar, formalar, siyahılar
- Semantik HTML
CSS (Cascading Style Sheets):
- Stil vermə qaydaları.
- Selektorlar, rənglər, fontlar.
- Box model, margin, padding.
JavaScript:
- Əsas sintaksis və dəyişənlər.
- Funksiyalar, döngülər.
- DOM manipulyasiyası (səhifə elementləri ilə işləmək).
- Event handling.
- AJAX və API-lərlə işləmə (əsas səviyyədə).
Framework-lərlə İş:
- React.js.
- Angular.
- Git, Github.
Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Təlim təcrübə proqramı tam ödənişsizdir.
- Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Təlim təcrübə proqramı 4.5 ay davam edəcək
- Təlim təcrübə proqramı hər gün 4 saat həftədə 5 dəfə olmaqla ümumilikdə 400 saat olacaq.
- 4.5 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Praktiki Yanaşma – Hər modul real layihələrlə tətbiq olunur.
- Peşəkar Rəhbərlik – Təcrübəli mentorlarla birgə işləmə imkanı
- Sertifikat – Təcrübə proqramını uğurla tamamlayanlara təqdim olunur.
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.
Ünvan: Bakı şəh. Elmlər akademiyası m/s, Zahid Xəlilov 25A.
Sosial Media Hesablar: