Vision Academy tərəfindən təqdim olunan 4.5 aylıq JAVA Proqramlaşdırma üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.
Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
- Yaş həddi: 21-35.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Ali təhsilli ,öyrənməyə həvəsli və verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- JAVA dilini sıfırdan öyrənmək və praktiki bacarıq qazanmaq istəyənlər.
- Kompüter elmləri və ya mühəndislik ixtisasından məzun olanlar.
- Karyerasını proqramlaşdırma sahəsində qurmaq istəyən motivasiyalı şəxslər.
Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
JAVA Əsasları
- Java sintaksisi və əsas operatorlar.
- Obyekt yönümlü proqramlaşdırma prinsipləri (OOP).
- Class, Object, Inheritance, Polymorphism, Encapsulation.
- Collection Framework və Exception Handling.
Praktiki JAVA Tətbiqləri:
- Fayl sistemləri və fayllarla işləmə.
- JDBC ilə verilənlər bazası bağlantısı.
- MySQL ilə CRUD əməliyyatları.
- Layihə əsasında mini sistemlərin qurulması (məs: qeydiyyat sistemləri).
Java ilə Web Tətbiqləri (Giriş səviyyəsi):
- Java Servlet və JSP əsasları.
- MVC arxitekturası ilə işləmək.
- Web layihələrin deploy edilməsi (lokal və ya server mühitində).
Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Təlim təcrübə proqramı tam ödənişsizdir.
- Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Təlim təcrübə proqramı 4.5 ay davam edəcək
- Təlim təcrübə proqramı hər gün 4 saat həftədə 5 dəfə olmaqla ümumilikdə 400 saat olacaq.
- 4.5 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Tam Praktik Yanaşma – JAVA bilikləri real layihələr üzərindən öyrədilir.
- Mentor Dəstəyi – Təcrübəli JAVA proqramçılarından fərdi istiqamət və rəy.
- Portfolio Layihələri – Bitirdikdən sonra CV-nə əlavə edə biləcəyin real kod nümunələri.
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Sertifikat – Təcrübə proqramını uğurla tamamlayanlara rəsmi sertifikat təqdim olunur.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.
Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Sosial Media Hesablar: