Vision Academy Vision Academy
  • 667

Vision Academy

Education

Poliqrafiya Dizaynı üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

Poliqrafiya Dizaynı üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

  • Deadline 21 July 2025

Vision Academy tərəfindən təşkil olunan 4 aylıq Poliqrafiya Dizayner üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.

Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 21-35.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Orta və ya ali təhsilli öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Poliqrafiya dizaynına marağı olan və praktiki bacarıq qazanmaq istəyənlər.
  • Dizayn, qrafika və əlaqəli sahələrdə təhsil alan və ya yeni məzunlar.
  • Adobe dizayn proqramlarını öyrənmək arzusunda olan şəxslər.
  • Karyerasını poliqrafiya dizaynı sahəsində qurmaq istəyənlər.

Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

Poliqrafiya Dizaynının Əsasları:

  • Poliqrafiya materialları və çap növləri.
  • Dizayn elementləri və çap texnikalarına uyğun hazırlanması.
  • Rəng idarəetməsi və çap üçün hazırlanma standartları.
  • Formatlama və sənədin çap üçün hazırlanması.

Dizayn Proqramları və Texnologiyaları:

  • Adobe Photoshop, Illustrator və InDesign proqramlarının tətbiqi.
  • Layihələrin hazırlanması və redaktəsi.
  • Poliqrafiya üçün spesifik dizayn texnikaları.
  • Faylların çap üçün düzgün formatda təqdim olunması.

Praktiki İşlər və Layihələrin Hazırlanması:

  • Real poliqrafiya layihələri üzərində iş.
  • Brendinq və çap məhsullarının dizaynı.
  • Portfolionun tərtibi və təqdimatı.
  • Mentor dəstəyi və geribildirim.

Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir.
  • Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Təlim təcrübə proqramı 4 ay davam edəcək.
  • Təlim təcrübə proqramı hər gün 4 saat  həftədə  5 dəfə olmaqla, ümumilikdə  320 saat  olacaq.
  • 4 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Praktiki Təcrübə – Çap üçün dizayn layihələri üzərində iş imkanı.
  • Fərdi Mentor Dəstəyi – Təcrübəli poliqrafiya dizaynerlərindən rəhbərlik.
  • Portfolio Yaradılması – Karyera üçün vacib sənədin hazırlanması.
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Sertifikat – Proqramı tamamlayanlara sertifikat təqdim olunur.
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

Sosial Media Hesablar:

https://instagram.com/vision.karyera

https://instagram.com/visionacademyaz

  • Daily77
  • Weekly77
  • Monthly1838