Vision Academy tərəfindən təşkil olunan 2 aylıq Sosial Media Mediatoru üzrə Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.
1) Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və işsiz şəxslər.
- Yaş həddi: 21-30.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Sosial media marketinq mütəxəssisi olmaq və bu sahədə praktiki bacarıq qazanmaq istəyən ali təhsilli şəxslər.
- Kreativ, ünsiyyətcil və sosial media platformalarında fəal olan şəxslər.
- Rəqəmsal marketinq sahəsində karyera qurmaq istəyənlər.
2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
A. Sosial Media Strategiyası və Planlaşdırma:
- Sosial media platformalarının xüsusiyyətləri.
- Kontent planının hazırlanması və idarə olunması.
- Hədəf auditoriyanın müəyyənləşdirilməsi.
- Reklam kampaniyalarının təşkili və izlənməsi.
B. Kontent Yaratma və İdarəetmə:
- Kreativ kontent və vizualların hazırlanması.
- Copywriting və mesajlaşma texnikaları.
- Sosial media üçün foto və video materialların redaktəsi.
- Postların optimallaşdırılması və vaxtında yayımlanması.
C. Analitika və Hesabatlıq:
- Sosial media analitika alətləri (Facebook Insights, Instagram Analytics və s.).
- Kampaniya nəticələrinin qiymətləndirilməsi.
- Rəqəmsal performans göstəricilərinin təhlili.
- Hesabatların hazırlanması və təqdimatı.
3) Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Peşə Hazırlığı proqramı tam ödənişsizdir.
- Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Peşə Hazırlığı proqramı 2 ay davam edəcək.
- Peşə Hazırlığı proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla , ümumilikdə 176 saat olacaq.
- 2 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Praktiki Təcrübə – Real sosial media hesablarının idarə olunması və kampaniyalar üzərində iş.
- Fərdi Mentor Dəstəyi – Təcrübəli sosial media mütəxəssislərindən rəhbərlik və dəstək.
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Sertifikat – Proqramı uğurla bitirənlərə təqdim olunur
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Ünvan: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Veb sayt: www.visionacademy.az
Əlaqə nömrəsi: 010 7253232
Sosial Media Hesablar: