Tələblər:
- Tibbi vasitələrin idxalı sahəsində minimum 2 il iş təcrübəsi
- İdxal, logistika və gömrük prosedurları üzrə biliklər
- Xarici təchizatçılarla iş və beynəlxalq yazışma təcrübəsi
- İngilis dili biliyi (yazılı və şifahi)
- MS Excel və Office proqramlarında sərbəst işləmək bacarığı
- Bazar araşdırması, qiymət müqayisəsi və kommersiya analizləri aparmaq bacarığı
- Planlı və sistemli işləmə bacarığı
- Yüksək təşkilatçılıq və idarəetmə qabiliyyəti
- Güclü ünsiyyət və danışıqlar aparma bacarığı
- Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət
- Analitik düşüncə və problem həll etmə bacarığı
Vəzifə öhdəlikləri:
- Tibbi vasitələrin idxal prosesinin planlaşdırılması və idarə olunması
- Xarici təchizatçılarla danışıqların və yazışmaların aparılması
- İdxal, logistika və gömrük sənədlərinin hazırlanması və izlənilməsi
- Yeni təchizatçıların araşdırılması və qiymətləndirilməsi
- Məhsullar üzrə bazar araşdırmalarının aparılması
- Qiymət müqayisələrinin, xərc və rentabellik analizlərinin hazırlanması
- Sifarişlərin vaxtında çatdırılmasına nəzarət
- Daxili şöbələr və tərəfdaşlarla effektiv koordinasiyanın təmin edilməsi
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
İş şəraiti:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
- Əməkhaqqı namizədin bilik, təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Beynəlxalq istehsalçılar və tərəfdaşlarla işləmək imkanı
- Xaricdə keçirilən təlimlərdə, seminar və beynəlxalq sərgilərdə iştirak imkanı
- Daim inkişaf edən, innovativ və dinamik iş mühiti
- Yeni layihələrdə iştirak və peşəkar biliklərin davamlı artırılması üçün dəstək
CV-nizi mövzu hissəsində "Import Manager" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.