Vəzifə öhdəlikləri:
- Qüvvədə olan qanunvericilikdə dəyişikliklər nəticəsində Cəmiyyətin idarəetmə orqanlarının qərarlarının, daxili prosedurların, qaydaların və müqavilələrin dəyişdirilməsi və ya xitam edilməsi barədə təkliflər hazırlamaq,
- Hüquqi ekspertiza üçün daxil olan qayda, prosedur və müqavilə layihələrinə hüquqi rəy vermək və zəruri dəyişikliklər üzrə təkliflər hazırlamaq,
- Qərar, əmr, sərəncam, müqavilə, məktub və digər hüquqi sənəd layihələrinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğunluğunu yoxlamaq və onlara münasibət bildirmək,
- Müqavilə layihələrinin hazırlanmasını həyata keçirmək, onların hüquqi ekspertizasını aparmaq və müqavilələrin qanunvericiliyə uyğunluğunu təmin etmək,
- Riskli müqavilələr üzrə hüquqi mövqelər hazırlamaq və rəhbərliyə təqdim etmək,
- Müqavilə şablonlarının hazırlanmasında və tətbiqində iştirak etmək,
- Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək, təhlil etmək və bu dəyişikliklərin Cəmiyyətin fəaliyyətində tətbiqi ilə bağlı təkliflər hazırlamaq,
- Qanunvericilikdə baş verən dəyişikliklər barədə Cəmiyyətin struktur bölmələrini məlumatlandırmaq və onların əsas mahiyyətini izah etmək,
- Şirkətin satınalma fəaliyyəti ilə bağlı təlimat, qayda və prosedurların hazırlanmasında iştirak etmək və onların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək,
- Cəmiyyətin daxili siyasət və prosedurlarının qanunvericiliyə uyğunlaşdırılması üzrə tədbirlər həyata keçirmək,
- Cəmiyyətin fəaliyyətində yaranan hüquqi riskləri müəyyənləşdirmək və onların azaldılması ilə bağlı təkliflər hazırlamaq,
- Yeni layihələr, investisiya prosesləri və biznes modelləri üzrə hüquqi risklərin analizini aparmaq,
- Kontragentlərin hüquqi baxımdan ilkin araşdırılması prosesində iştirak etmək,
- Cəmiyyətin məhkəmə işləri üzrə hüquqi sənədlərin hazırlanmasında iştirak etmək,
- İddia ərizələri, vəsatətlər və digər prosessual sənədlərin hazırlanmasına hüquqi dəstək vermək,
- Məhkəmə qərarlarını təhlil etmək və icra proseslərinin hüquqi müşayiətində iştirak etmək,
- Struktur bölmələrdən daxil olan hüquqi sorğulara vaxtında və əsaslandırılmış şəkildə cavab vermək,
- Rəhbərlik üçün hüquqi rəylər, arayışlar və hüquqi izahatlar hazırlamaq,
- Dövlət orqanları və digər təşkilatlarla hüquqi məsələlər üzrə işgüzar əlaqələrin qurulmasında iştirak etmək,
- Rəhbərlik tərəfindən verilmiş digər hüquqi tapşırıqları yerinə yetirmək.
Namizədə aid tələblər:
- Ali hüquq təhsili (Magistr təhsilinin olması üstünlükdür),
- Korporativ hüquq sahəsində 4–5 il iş təcrübəsi, istehsalat sahəsində təcrübə üstünlükdür,
- İnzibati Xətalar Məcəlləsi, İnzibati Prosessual Məcəllə, Mülki Məcəllə, Cinayət Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, Əmək Məcəlləsi, Korporativ hüquqa dair digər qanunvericilik aktlarını bilməli,
- Microsoft Word, Outlook əla, Excel yaxşı, digər Microsoft Office proqramları arzu olunandır,
- Dil bilikləri: Azərbaycan dili və ingilis dili əla/səlis, rus dili yaxşı səviyyədə.
İş şəraiti:
- 5 günlük iş qrafiki,
- İş yeri: Sumqayıt şəhəri,
- Könüllü tibbi sığorta təminatı,
- Korporativ nömrə,
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur,
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.
Tələblərə uyğun namizədlər CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Baş hüquqşünas” yazaraq göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədləri müsahibəyə dəvət olunacaq.