VLand Systems MMC VLand Systems MMC
  • 153

Boya və Qumlama üzrə Müfəttiş

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Boya və Qumlama üzrə Müfəttiş

  • Deadline 1 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“VLand Systems” MMC (əvvəlki adı “STP Metal Structures” MMC)

Vəzifə öhdəlikləri:

  • Layihə cizgilərini və detallı dizayn rəsmlərini nəzərdən keçirmək;
  • Boya və abraziv material sərfiyyatının texniki tələblərə uyğunluğunu yoxlamaq və nəzarətdə saxlamaq;
  • Boya spesifikasiyalarını analiz etmək və tətbiqinə nəzarət etmək;
  • İnspeksiya və Test Planına (ITP) uyğun boya prosedurunun tətbiqini təmin etmək;
  • Boya anbarında gündəlik yoxlamalar və qeydiyyat aparmaq;
  • Qumlama öncəsi və sonrası səth yoxlamaları, toz testi və səth kələ-kötürlüyünün ölçülməsi;
  • Boyama zamanı ətraf mühit şəraitini — temperatur, nisbi rütubət və səth temperaturunu ölçmək və qeyd etmək; 
  • Yaş və quru film qalınlığının ölçülməsi və vizual yoxlamaların aparılması;
  • Görülən işlər üzrə texniki hesabatların hazırlanması və təqdim edilməsi;
  • Uyğunsuzluq aşkar edildikdə müvafiq şəxslərə məlumat vermək və düzəldici tədbirlərin icrasını izləmək;
  • Təhkim olunmuş ölçü və yoxlama cihazlarının saz vəziyyətdə olmasına nəzarət etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik və keyfiyyət standartlarına uyğun fəaliyyət göstərmək.

Tələblər:

  • Ali texniki təhsil;
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • ISO 8501, ISO 8502, ISO 8503, ISO 12944 standartları üzrə biliklər;
  • Aşağıdakı beynəlxalq sertifikatlardan biri: NACE Level 2 Coating Inspector, BGAS-CSWIP Painting Inspector Grade 2
  • ISO 9001 və digər keyfiyyət idarəetmə sistemləri barədə biliklər;
  • Əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklər;
  • Rəsmi hesabatların hazırlanması bacarığı;
  • Texniki rəsmlərlə işləmək və texniki normativləri anlama bacarığı;
  • Boya spesifikasiyaları, ITP, texniki cizgilər, prosedurlar və inspeksiya hesabatları kimi sənədləri Azərbaycan və İngilis dillərində oxumaq və anlamaq bacarığı;
  • Məsuliyyətlilik, qərarvermə, problem həlletmə, planlaşdırma, təşkilatçılıq və komandada işləmə bacarıqları;
  • Dəqiqlik və detallara yüksək diqqət yetirmə qabiliyyəti.

İş şəraiti:

  • 5 günlük iş qrafiki, 08:00-17:00;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Könüllü tibbi sığorta təminatı;
  • Korporativ nömrə;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Tələblərə uyğun namizədlər CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Boya və Qumlama üzrə Müfəttiş” yazaraq göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaq.

  • Daily151
  • Weekly151
  • Monthly151