“VLand Systems” MMC (əvvəlki adı “STP Metal Structures” MMC)
İstehsal Planlaması üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri:
- İstehsal sifarişlərinin emalı və onların istehsal prosesində hərəkətinin idarə olunması, material tələbatının planlaşdırılması;
- Planlaşdırma üzrə yaranan uyğunsuzluqların aradan qaldırılması və operativ plan dəyişikliklərinin həyata keçirilməsi;
- Material axınlarının və istehsal güclərinin planlaşdırılması, “lean manufacturing” prinsiplərinə uyğun olaraq planın icrasına nəzarət edilməsi;
- Əsas layihələrin idarə olunmasına mütəmadi nəzarət və cari vəziyyət üzrə hesabat materiallarının hazırlanması;
- İstehsalın texniki hazırlığı (TPV), istehsalat və satınalma şöbələri ilə aktiv kommunikasiya;
- İstehsal proseslərinin optimallaşdırılmasında iştirak etmək.
Tələblər:
- Texniki və ya iqtisadi sahə üzrə orta ixtisas və ya ali təhsil;
- Resurs planlaması və istehsalın idarə olunması prinsipləri üzrə biliklər;
- İstehsalın idarə olunması sahəsində ERP sistemlərinin əsas prinsipləri üzrə biliklər; (APS sistemləri ilə iş təcrübəsi üstünlükdür);
- MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmə bacarığı;
- Yüksək səviyyədə ingilis dili biliyi;
- Analitik düşünmə və sərbəst işləmə bacarığı;
- Layihələrin idarə olunması sahəsində təcrübə üstünlükdür.
İş şəraiti:
- 5 günlük iş qrafiki, 08:00-17:00;
- İş yeri: Sumqayıt şəhəri;
- Könüllü tibbi sığorta təminatı;
- Korporativ nömrə;
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdi
Tələblərə uyğun namizədlər CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “İstehsal Planlaması üzrə Mütəxəssis” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaq.