İş şəraiti
- İş yeri: Bakı şəhəri, Nərimanov prospekti
- İş qrafiki: 6 günlük iş rejimi
- Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkili və aparılması
- Vergi, maliyyə və statistik hesabatların hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim edilməsi
- ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin düzgün hesablanmasına və icrasına nəzarət
- Kameral və səyyar vergi yoxlamaları zamanı şirkətin təmsil olunması, müvafiq izahatların hazırlanması
- 1C proqramında mühasibat uçotunun düzgün qurulması və davamlı nəzarətin təmin edilməsi
- Bank əməliyyatlarına, ödəniş tapşırıqlarına və pul vəsaitlərinin hərəkətinə nəzarət
- Debitor və kreditor borclarının uçotunun aparılması və müntəzəm monitorinqi
- Əmək haqqının hesablanmasına, vergi və sosial ödənişlərin düzgün tətbiqinə nəzarət
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə minimum 1–3 il iş təcrübəsi
- PMS sertifikatının olması mütləqdir
- Azərbaycan dilini səlis bilmək, rus dili arzuolunandır (ingilis dili üstünlükdür)
- MS Office və 1C proqramlarında işləmək bacarığı
- Analitik düşünmə, ünsiyyət və təşkilatçılıq bacarıqları
Şirkət namizədlərə təklif edir:
- Peşəkar və stabil iş mühiti
- Karyera yüksəlişi və inkişaf imkanı
- Rəhbərlik tərəfindən dəstəkləyici iş atmosferi
- Təcrübə və bacarıqlara uyğun motivasiyaedici əmək şəraiti
- Dinamik və peşəkar komandada çalışma imkanı
- Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığı
Uyğun Namizədlər öz cvlərini “Baş mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsin.
Əlavə sual yaranarsa 050-257-80-36 nömrəsi ilə əlaqə saxlanılsın