İş şəraiti
- İş yeri: Bakı şəhəri, Nərimanov prospekti
- İş qrafiki: 6 günlük iş rejimi
- Əmək haqqı 1550AZN
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkili və aparılması
- Vergi, maliyyə və statistik hesabatların hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim edilməsi
- ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin düzgün hesablanmasına və icrasına nəzarət
- Kameral və səyyar vergi yoxlamaları zamanı şirkətin təmsil olunması, müvafiq izahatların hazırlanması
- 1C proqramında mühasibat uçotunun düzgün qurulması və davamlı nəzarətin təmin edilməsi
- Bank əməliyyatlarına, ödəniş tapşırıqlarına və pul vəsaitlərinin hərəkətinə nəzarət
- Debitor və kreditor borclarının uçotunun aparılması və müntəzəm monitorinqi
- Əmək haqqının hesablanmasına, vergi və sosial ödənişlərin düzgün tətbiqinə nəzarət
- Maliyyə intizamının qorunması və effektiv daxili nəzarət mexanizmlərinin qurulması
- Şirkət rəhbərliyinə müntəzəm maliyyə hesabatlarının və analitik məlumatların təqdim edilməsi
- Audit yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim olunması
- Mövcud olduğu halda, mühasibat komandasının işinin təşkili, koordinasiyası və idarə olunması
Tələblər:
- Ali təhsil
- Müvafiq vəzifədə azı 1-3 il iş təcrübəsi
- PMS mütləqdir
- Azərbaycan dili səlis, rus dili arzuolunandır (ingilis dili üstünlükdür)
- MS Office proqramlarında işləmək bacarığı
- Ünsiyyət və təşkilatçılıq bacarığı1C və ya digər MS proqramlarında işləmək bacarığı
Uyğun Namizədlər öz cvlərini “Baş mühasib” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərsin. Əlavə sual yaranarsa 050-257-80-36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.