İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük iş rejimi
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Əsas vəzifələr:
- Şirkətin ümumi strategiyasına uyğun marketinq strategiyasının hazırlanması və idarə olunması
- Marketinq şöbəsinin fəaliyyətinin təşkili, komandanın idarə olunması və inkişaf etdirilməsi
- Brendin bazardakı mövqeyinin gücləndirilməsi və bazar payının artırılması
- Rəqəmsal marketinq, reklam və PR fəaliyyətlərinin planlaşdırılması və icrasına nəzarət
- Satış komandası ilə koordinasiyalı şəkildə kampaniya və aksiyaların hazırlanması
- Marketinq büdcəsinin idarə olunması və effektivliyinin təhlili
- Bazar araşdırmalarının aparılması, rəqib analizlərinin hazırlanması və strateji qərarların verilməsi
- Meta Ads, Google Ads və digər platformalarda reklam fəaliyyətlərinin optimallaşdırılması
- KPI, ROI və digər performans göstəricilərinin analiz olunması və hesabatların hazırlanması
- Şirkətin sosial media və kommunikasiya strategiyasına rəhbərlik etmək
- Yeni inkişaf və reklam imkanlarının araşdırılması və tətbiqi
Tələb olunan bacarıqlar:
- Marketinq, Biznesin idarəedilməsi, PR və ya əlaqəli sahə üzrə ali təhsil
- Minimum 3-5 il marketinq sahəsində, ən azı 1-2 il rəhbər vəzifədə iş təcrübəsi
- Komanda idarəetməsi və liderlik bacarıqları
- Güclü strateji və analitik düşüncə qabiliyyəti
- Meta, Google Ads, PPC, SEO, CRM və digər marketinq alətləri ilə işləmə bacarığı
- Data analitikası və hesabatlılıq üzrə biliklər
- Power BI və digər analitika alətləri üzrə bilik üstünlükdür
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
- Azərbaycan dili səlis, ingilis dili biliyi üstünlükdür
Biz sizə təklif edirik:
- Stabil və inkişaf yönümlü iş mühiti
- Rəhbər vəzifədə karyera inkişafı imkanı
- Korporativ təlim və inkişaf proqramları
- Servis xidməti
- Əməkdaşlar üçün xüsusi loyallıq proqramı və məhsullarda güzəşt imkanları
- Dinamik və peşəkar komanda ilə çalışma imkanı
Uyğun Namizədlər öz cvlərini “Marketinq Şöbəsinin Rəhbəri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsin. Əlavə sual yaranarsa 050-257-80-36 nömrəsi ilə əlaqə saxlanılsın.