SMM (Social Media Marketing) Mütəxəssisi
İş şəraiti
- İş yeri: Qobu qəsəbəsi
- Servis xidməti: İnşaatçılar metrosundan gündəlik
- İş qrafiki: 6 iş günü (Bazar ertəsi – Şənbə)
- İş saatı: 09:00 – 17:00
- Əmək haqqı: 600-700 Azn
Vəzifənin məqsədi:
- Şirkətin sosial media platformalarında brendin tanıtımını, məhsul və xidmətlərin təqdimatını təmin etmək, izləyici kütləsini artırmaq və müştəri ilə rəqəmsal ünsiyyəti gücləndirmək.
Əsas vəzifələr:
- Şirkətin sosial media kanallarının (Instagram, Facebook, TikTok, YouTube, LinkedIn və s.) idarə olunması
- Həftəlik və aylıq kontent planlarının hazırlanması və rəhbərliklə razılaşdırılması
- Postlar, story, reels və reklam məzmunlarının yaradılması (mətn, vizual və video formatda)
- Auditoriya hədəflənməsi və reklam büdcəsinin düzgün istifadəsi
- Sosial media üzərindən gələn sorğulara, şərhlərə və mesajlara operativ və nəzakətli cavab verilməsi
- Kampaniyalar, endirimlər, yeniliklər və məhsul təqdimatlarının aktiv şəkildə izləyicilərə çatdırılması
- Brend imicinə uyğun, orijinal və kreativ məzmun ideyalarının hazırlanması
- Sosial media performansının gündəlik və aylıq izlənməsi, analitik hesabatların hazırlanması
- Sosial media trendlərinin və rəqib şirkətlərin fəaliyyətinin müntəzəm analizi
SMM reklam kampaniyalarının qurulması və effektiv idarə olunması:
- Facebook Ads Manager
- Instagram sponsorlu paylaşımlar
- Google Ads (Search və Display)
Tələb olunan texniki bacarıqlar və proqram bilikləri:
- Canva / Adobe Photoshop / Illustrator – dizayn və vizual kontent hazırlamaq üçün
- CapCut / VN / Adobe Premiere / InShot – sadə video montaj və reels hazırlamaq üçün
- Meta Business Suite / Facebook Ads Manager / Creator Studio – paylaşımların və reklamlara nəzarət üçün
- Google Ads (Search və Display) – kampaniyaların yaradılması üçün
- Excel / Google Sheets – kontent planlama və analitik hesabatlar üçün
- Telegram, WhatsApp Business, Chatdesk – istifadəçi cavablandırmaları üçün (arzuolunandır)
Namizədə tələblər:
- Ali təhsil və ya rəqəmsal marketinq sahəsi üzrə peşəkar kurs bitirmə sertifikatı (obligator deyil, amma üstünlükdür)
- SMM və ya Digital Marketing sahəsində minimum 1 il iş təcrübəsi
- Azərbaycan dilində səlis və yazılı ifadə bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür
- Yaradıcı düşüncə, estetik zövq və orijinal kontent ideyaları hazırlamaq qabiliyyəti
- Dəqiqlik, operativlik və məsuliyyət hissi
- Komandada işləmə və təzyiq altında qərarvermə bacarığı
- Nəticəyönümlü və müştəriyönümlü düşüncə
Üstünlüklər:
- Təchizat və satış komandaları ilə sıx işləmə təcrübəsi
- Influencer və bloggerlərlə əməkdaşlıq təşkil etmə bacarığı
- Email marketinq (Mailchimp və s.) üzrə baza bilikləri
- Brend strategiyası və rəqəmsal PR anlayışı
Müraciət üçün:
- CV-lərinizi "SMM Mütəxəssisi" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin
- Əlaqə nömrəsi: 050 257 80 36
“Hər zaman Sizi düşünərək.”