İş haqqında:
- Biz sürətlə böyüyən idman zalı idarəetmə və fitness tracking SaaS platforması üzərində çalışırıq. Mövcud mobil və veb tətbiqlərimiz üçün uzunmüddətli əməkdaşlıq üçün istedadlı UI/UX dizayner axtarırıq.
İş şəraiti
- Rəqabətli maaş təklif edirik və erkən komanda üzvü kimi şirkət böyüdükcə equity (səhm) imkanı mövcuddur.
- İş növü: Remote (İstənilən yerdən)
- Məşğulluq növü: Tam ştat / Part-time / Freelance (Çevik iş qrafikləri mümkündür)
- Əmək haqqı: Təcrübə və bacarıqlara uyğun olaraq rəqabətli maaş. Portfolio əsasında müzakirə olunur.
Təsvir
- Mövcud mobil və veb tətbiq dizaynlarımızı təkmilləşdirmək və inkişaf etdirmək;
- Yeni funksiyalar və istifadəçi axınlarını sıfırdan dizayn etmək;
- Konversiyaya yönəlmiş landing page-lər yaratmaq;
- Mobile-first, responsive və pixel-perfect dizaynlar hazırlamaq;
- shadcn/Tailwind CSS framework ilə uyğun komponent kitabxanaları dizayn etmək;
- Müasir dizayn trendlərini izləmək və AI-ilə təchiz olunmuş dizayn yanaşmaları tətbiq etmək;
- Developer komandası ilə sıx əməkdaşlıq edərək dizayn sistemlərinin tətbiqini təmin etmək;
- İstifadəçi təcrübəsini daim təkmilləşdirmək üçün A/B testlər və analitika ilə işləmək;
- Brend identifikasiyasını qoruyaraq vahid dizayn dili yaratmaq.
Tələblər
Vacib tələblər:
- Figma və müasir dizayn alətlərində mükəmməl səviyyədə bilik (AI dizayn alətləri üstünlükdür);
- Mobil və veb tətbiq dizaynı sahəsində güclü portfolio;
- Dizayn sistemləri, komponent kitabxanaları və responsive dizayn üzrə dərin bilik;
- Developer-friendly handoff prosesində təcrübə (shadcn, Tailwind CSS);
- Keyfiyyətdən güzəştə getmədən sürətli icra bacarığı;
Şəxsi keyfiyyətlər:
- Əla ünsiyyət bacarıqları və proaktiv yanaşma;
- Komanda oyunçusu, sürətli templi mühitdə effektiv işləyə bilmək;
- Güncel dizayn trendləri və best practice-lər haqqında məlumatlılıq;
- Tipografika və adaptiv verstkaların yaradılması bacarığı;
- Müştəri və ya son istifadəçilərlə birbaşa ünsiyyət qurma bacarığı;
Texniki tələblər:
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili (yazılı və şifahi);
- Grafik redaktor və UI proqramları: Figma (mütləq), Adobe XD / Sketch / Photoshop / Illustrator (üstünlükdür);
- Veb teknologiyaları haqqında ümumi anlayış (HTML, CSS, responsive design prinsipləri);
- Prototiplaşdırma və interaktiv dizayn alətləri ilə təcrübə.
Biz nə təklif edirik:
- Böyümə mərhələsindəki startup ilə uzunmüddətli əməkdaşlıq
- Şirkət böyüdükcə məhsul dizaynını formalaşdırmaq imkanı
- Dinamik və innovativ komanda ilə iş
- Performansa əsaslanan karyera inkişafı imkanları
- Gələcəkdə equity (şirkət səhmi) alma potensialı
- Tam remote işləmək azadlığı - dünyanın istənilən yerindən
- Çevik iş qrafiki - full-time, part-time və ya freelance formatında başlamaq mümkündür
- Tam statda işləyənlər üçün part-time-dan full-time-a keçid imkanı
Müraciət etmək üçün:
- Portfolio təqdim etmək mütləqdir. Portfolionuzda mobil və veb tətbiq dizaynlarınızı, UX problem-solving yanaşmanızı və müasir, intuitiv interfeys yaratma bacarığınızı nümayiş etdirin.
- SAAS təcrübəsi arzuolunandır lakin - istənilən sektorda keyfiyyətli işlər nümayiş etdirə bilərsiniz.
- Bu sadəcə kontrakt deyil - bizimlə birlikdə böyüyəcək düzgün dizayner ilə uzunmüddətli partnyorluq qururuq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.