Vellmechs MMC şirkəti inşaat sektorunda binalarda İsitmə, Soyutma, Havalandırma (HVAC), Zəif Axın (ELV), Elektrik Güc sistemləri, Yanğınla mübarizə sistemlərinin layihələndirilməsi, quraşdırılması və servisi işlərini həyata keçirməkdədir.
Vəzifə öhdəlikləri:
- MEP (mexaniki, elektrik və santexnika) işləri üzrə topoqrafik ölçmələrin aparılması;
- Layihə çertyojlarına əsasən ölçmə və nişanlama işlərinin yerinə yetirilməsi;
- Avadanlıq və kommunikasiya xətlərinin layihəyə uyğun yerləşdirilməsinə nəzarət;
- Ölçmə nəticələrinin yoxlanılması və müvafiq hesabatların hazırlanması;
- Tikinti işlərinin layihə və texniki tələblərə uyğunluğunun təmin edilməsində iştirak.
Tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Topoqrafik ölçmə cihazları ilə işləmək bacarığı;
- MEP layihələrini və texniki çertyojları oxumaq bacarığı;
- Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.
İş şəraiti:
- Əməkhaqqı: 1400–2000 AZN (təcrübə və biliklərə əsasən);
Əgər tələblərə cavab verirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində “Topoqraf” qeyd etməyiniz xahiş olunur