WHSmith Baku komandamıza qoşul!
Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılır.
Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.
MAĞAZA MÜDİRİ
Vəzifə öhdəlikləri:
• Mağazanın gündəlik fəaliyyətinin idarə edilməsi
• Satış planlarının və müəyyən edilmiş KPI göstəricilərinin yerinə yetirilməsinin təmin olunması
• İşçi heyətinin idarə edilməsi, növbə qrafiklərinin hazırlanması və iş bölgüsünün aparılması
• Müştəri xidmətinin yüksək səviyyədə təşkil edilməsi
• Malların qəbulu, yerləşdirilməsi, inventarizasiyası və stok nəzarətinin təmin olunması
• Kassa əməliyyatlarına və maliyyə intizamına nəzarət
• Mağazada məhsulların vizual təqdimatının şirkət standartlarına uyğun təşkil edilməsi
• Satış nəticələri, stok və əməliyyat göstəriciləri üzrə hesabatların hazırlanması
• Mağazada daxili qaydalara, təhlükəsizlik və sanitariya tələblərinə riayət olunmasına nəzarət
Namizədə tələblər:
• Ali təhsil
• Pərakəndə satış sahəsində minimum 3 il iş təcrübəsi
• Mağaza müdiri və ya rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi
• Komandanı idarəetmə və motivasiya bacarığı
• Satış, stok idarəetməsi, inventarizasiya və kassa əməliyyatları üzrə biliklər
• Azərbaycan dilində sərbəst danışıq bacarığı
• İngilis dili biliyi mütləqdir, rus dili biliyi üstünlükdür
• MS Office və POS proqramları ilə işləmək bacarığı
• Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı
• Növbəli iş rejimində işləməyə hazır olmaq
BİZ NƏ TƏKLİF EDİRİK?
• Beynəlxalq brenddə iş imkanı
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
• Stabil əməkhaqqı
• Növbəli iş qrafiki
• Peşəkar təlim və inkişaf imkanları
• Karyera yüksəlişi perspektivi
• Dinamik və beynəlxalq iş mühiti
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith mağazası
Əməkhaqqı: Vəzifə və təcrübəyə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 17.09.2026
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.