İş yeri: Azərbaycan, Bakı
İşin qısa təsviri:
Gündəlik insan resursları əməliyyatlarını dəstəkləyəcək, detallara diqqətli və təşəbbüskar İR üzrə Mütəxəssis axtarırıq. Bu vəzifə işə qəbul, əməkdaş münasibətləri və sənədləşmə daxil olmaqla bir çox İR funksiyalarını əhatə edir.
Əsas vəzifələr:
- Əmək qanunvericiliyinə, müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi,işdən azad olunmalarını rəsmiləşdirir;
- Emas sistemində əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
- İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
- İş vaxtının cədvəlini hazırlayır və gündəlik qeydləri aparır;
- İşçilərə məzuniyyətlərin verilməsini əmrləşdirir, qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;
- Daxili sənəd dövriyyəsini icra edir;
- Şöbə üzrə lazımi hesabatların hazırlanması;
- HR siyasətləri, faydalar və prosedurlarla bağlı sualları cavablandırmaq
- Təlim proqramlarının təşkili və izlənməsində iştirak etmək
- Əmək məcəlləsi və daxili qaydalara uyğunluğa nəzarət etmək
- Lazım olduqda əmək haqqı və davamiyyət məlumatlarını izləmək
Tələblər:
- Ali Təhsil ( Menecment,İnsan Resursları İdarəedilməsi, Sosiologiya,)
- Oxşar vəzifədə ən azı 1–3 il iş təcrübəsi
- Əmək məcəlləsi o cümlədən əmək qanunvericiliyi üzrə biliklər
- Güclü ünsiyyət və münasibət qurma bacarığı
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst istifadə bacarığı;
- Diqqətli, təşkilatçılıq qabiliyyəti yüksək
- Məlumatların məxfiliyini qorumaq bacarığı
Üstünlüklər:
- İngilis dili bilikləri (orta və ya yüksək səviyyə)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.