İş haqqında məlumat:
- İş rejimi: Dəyişən qrafik üzrə (həftədə 2 istirahət günü ilə)
- Əmək haqqı: 600 AZN (nett)
- Nahar: Şirkət tərəfindən təmin edilir
- Könüllü tibbi sığorta: Sınaq müddəti bitdikdən sonra təmin edilir
- Ünvan: Izmir küçəsi 2
Namizədlər üçün tələblər:
- Cinsi – Qadın
- Yaş həddi – 18–28 yaş
- Təhsil – Orta ixtisas və ya ali təhsil
- Dil biliyi – Azərbaycan dili və rus dili sərbəst, ingilis dili – yaxşı səviyyədə
- Proqram bilikləri – MS Office proqramlarında işləmək bacarığı
- Təcrübə – Arzuolunandır
Vəzifə öhdəlikləri:
- İdman klubuna gələn qonaqların qarşılanması və qeydiyyatı
- Klub haqqında məlumat verilməsi və ərazinin tanıdılması
- Daxil olan zənglərin cavablandırılması
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası
Vakansiya üçün müraciət qaydası:
- Müraciət etmək istəyən namizədlər mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.*