Namizədə dair gözləntilər və xüsusi tələblər:
· Ali təhsil (Tibbi);
· Dil bilikləri- Azərbaycan və rus dili əla, ingilis dili orta səviyyədə;
· Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
· Kompüter bilikləri: MS Office proqramları;
· Dəqiqlik, məsuliyyətlilik, komanda ilə işləmək bacarığı.
İş haqqında məlumat:
-Sığorta olunanların müraciətlərinin texniki və tibbi qiymətləndirilməsini aparmaq;
- Sığorta olunanların şikayətlərinə uyğun olaraq optimal tibbi xidmət alması üçün müvafiq tibb müəssisəsinə yönəltmək;
- Sığorta olunanın tibb müəssisəsində keyfiyyətli tibbi xidmət almasının təşkil etmək;
- Tibb müəssisələrinin Könüllü Tibbi Sığorta üzrə xidmət göstərilməsi haqqında müqavilə şərtlərinə riayət edib etməməyinə nəzarət etmək və qanunauyğunsuzluq aşkar etdikdə dərhal şöbə müdirinə məlumat vermək;
- Tibb müəssisəsinə yönəldilən sığorta olunanın diaqnozu və həkim təyinatı əsasında sığorta hadisəsinin ilkin qiymətləndirilməsini həyata keçirmək;
- Sığorta olunanların tibb müəssisələrinə müraciətinin koordinasiyası və uçotunu həyata keçirmək;
- Tibbi göstərişlər əsasında sığorta olunanların hospitalizasiyasının təşkil etmək və stasionarda olan müddətdə onların vəziyyətinə nəzarət etmək;
- Sığorta olunanlara tibb müəssisələrinə müraciət qaydası, eyni zamanda onların hüquq və öhdəlikləri haqqında tövsiyələr vermək;
- Sığorta olunanlar apteklərə yaxınlaşdıqda dərmanların diqnoza, təminata uyğunluğunu və limitinə nəzarəti həyata keçirmək.
İş şərtləri:
· İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
· İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
· Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
· İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Həkim-koordinator) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərilməsi xahiş olunur. Və ya bir başa email adresinə göndərə bilərlər - [email protected]
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.