Biznes analitik

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Biznes analitik

  • Истекает 19 декабрь 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti:

  • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164

Öhdəliklər:

  • Şirkət daxilində icra olunan proses, prosedurların qurulmasında və yeni sığorta məhsulunun yaradılmasında iştirak etmək;
  • Cari biznes proseslərdə problemləri və onların səbəblərini aşkar etmək;
  • Məhsul və proseslərin optimallaşdırılması yönündə təhlillər aparmaq, təkliflər hazırlamaq;
  • Texniki tapşırıqları hazırlamaq və maraqlı tərəflərlə müzakirə etmək, 
  • Tələbləri izləmək və hesabatlar hazırlamaq;
  • Biznes-proseslər üzrə xəritələr (flow-charts) tərtib etmək;
  • Biznes proseslərin və sığorta məhsullarının təkmilləşdirilməsi zamanı xərc-gəlir təhlliləri aparmaq, görülən işlərin effektivliyini ölçmək;
  • Biznes proseslər üzrə test planları hazırlayıb yoxlamaq;
  • Biznes proseslər üzrə reqlamentlər və təlimatlar hazırlamaq;
  • Layihələrin idarə edilməsinə dəstək;

Tələblər:

  • İnformasiya Texnologiyaları, İqtisadiyyat, Maliyyə, Menecment üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
  • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
  • İT analitik, Biznes analitik və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
  • BI alətlər (Power BI, QlikView və s.), SQL, PL/SQL üzrə biliklərin olması;
  • Agile (Scrum) metodologiyası, blok sxemlər (BPMN) və Jira üzrə biliklərə sahib.
  • Komandada işləmək, individual qərarlar ala bilmək və stres altında işləyə bilmək;
  • Biznes və texnologiyanın tələblərini anlaya bilmək;
  • Avtomatlaşdırılmış proseslər (Biznes, İT) və layihələrin idarəedilməsi üzrə təcrübəyə malik olmaq;
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta
  • Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək, 
  • Biznes analitika üzrə sertifikasiyalar

Qeyd:Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “Biznes analitik” qeyd edərək Cv-lərini elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily19
  • Weekly547
  • Monthly2190